Ndlovu: "Hər şey bitdi"

23.11.2017 | 5076 dəfə oxunub

“İlk 20 dəqiqədə yaxşı oynadıq. Hakim bir səhvi ilə hər şeyi alt-üst elədi. Ancaq mən buna görə kiməsə nifrət etmirəm. Çünki bu futboldur. Belə şeylər olur. Nə edə bilərik? “Çelsi” ilə oyun bizim üçün yaxşı təcrübə oldu. Bir səhv hər şeyi dəyişsə də, bu futboldur”

Stadium.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında “Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib. 


Görüşün baş hakimi Manuel de Souzanın 19-cu dəqiqədə Rəşad Sadıqova qırmızı vərəqə göstərib, Ağdam klubunun qapısına penalti təyin etməsinə münasibət bildirən Cənubi afrikalı forvard referinin qərarını heç cür anlamadığını söyləyib: “Hakimlərin niyə belə etdiklərini bilmirəm. Çünki mən FİFA Hakimlər Komitəsinin rəsmisi deyiləm. Bu, mənim problemim deyil. Çempionlar Liqasında keçirdiyimiz son 3 oyunda qırmızı vərəqə görmüşük. Bilmirəm, niyə belə edirlər. Bəlkə bizim kiçik klub olduğumuzu düşünürlər? Belə şeylər mənə pis təsir edir. Oyundan sonra Qurban Qurbanov hakimin qərarı ilə bağlı heç nə demədi. Heç əsəbi də deyildi. Biz bu barədə sabah danışacağıq. Paltardəyişmə otağında Rəşadı da gördüm. O da heç bir söz demədi”.

Ndlovu artıq “Qarabağ” üçün avrokuboklarda mübarizə başa çatdığını bildirib: “Roma”da bizə çox çətin olacaq. Demək olar ki, hər şey bitdi. Amma nə etmək olar?!”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail