Şahin Diniyev: "Məcbur olub uzun ötürmələr hesabına nəsə etməyə çalışırdıq"

21.08.2017 | 5553 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə “Zirə”yə böyük hesabla (0:3) uduzan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib.

Stadium.Az xəbər verir ki, Diniyev komandasının oyununun alınmamasına səbəb kimi meydançanın vəziyyətinin yaxşı olmamasını göstərib:

"Belə oyundan sonra nəsə demək çətindir. Komanda bu cür meydançada heç nə yarada bilmədi. Oyunumuzda nə sürət vardı, nə də ki, top saxlama var idi.

Məcbur olub uzun ötürmələr hesabına nəsə etməyə çalışırdıq. "Zirə" bizə əks-hücumlarda qollar vurdu. Bu gün komandanın oyununda hər şeydən narazı qaldım. Bu, ilk dəfə idi. Futboldu, irəli baxmaq lazımdır. İstəməzdik ki, ev oyunumuzu belə hesabla başa vuraq. Bunu heç bir məşqçi istəməz. Amma həyatın sonu deyil. Qarşıda oyunlar var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail