Şahin Diniyev: "Gərginlik qalıb, sona qədər də davam edəcək"

23.04.2017 | 4430 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 27-ci turunda “Kəpəz” səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edib. Stadium.Az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev qələbəni belə şərh edib:

“Çox gərgin oyun oldu. Belə olacağını da bilirdik. Futbolçuların üzərində təzyiq var. Hər oyuna qələbə üçün çıxırıq. Şadam ki, komandam ilk yarıda oyunun taleyini həl etdi. İkinci hissədə müdafiədən oynadıq. Qapıçının kobud səhvi qapımıza qol vurulması ilə nəticələndi. Heyətimizdə itkilər də var idi. Qalib gəldiyimiz üçün şadıq. Son dövrədə 6 oyundan 5-də qələbə qazandıq. Şans həmişə var. Son oyunda da tam gücümüzlə vuruşacağıq”.

Təcrübəli mütəxəssis komandasının AZAL-la görüşə zəif başlamasının səbəbini belə izah edib: “Oyuna zəif başladıq. İlk 30 dəqiqə ərzində rəqib qapısı qarşısında təhlükə yarada bilmirdik. Bu da meydança amili ilə bağlıdır. Bunun səbəbini futbolçulardan da soruşdum. Onlar da meydan amilini qabartdılar”.

Bugünkü qələbəyə baxmayaraq, Diniyev komandasının gərginlikdən qurtulmadığını bildirib: “Gərginlik qalıb, sona qədər də davam edəcək. Qarşıda daha bir oyunumuz var. Bu gün digər rəqiblərin oyununa fikir vermirdik. Mənim üçün əsas olan öz komandamın oyunudur. IV dövrədəki çıxışımız məni qane edir. Üzərimizdəki təzyiq isə aprelin 29-na qədər davam edəcək”.

“İnter” fəaliyyətini davam etdirə bilməyəcəyi halda, “Kəpəz” beşinci yerin sahibi kimi də yenidən Avroliqaya yollana bilər. Bununla bağlı sualı Şahin Diniyev belə cəzalandırıb: “İstəməzdik ki, Avroliqaya kiminsə yerinə gedək. Keçən il 4-cü yerdə gedirdik. Evdə “Qəbələ”yə uduzduq və sonda beşinci olduq. Ötən il də “Zirə” və “İnter” Avroliqaya yollana bilməmişdi. Bu mövsüm kim gedəcəksə, layiqli dəstəkləməliyik. 4 komandanın hər biri qitə kuboklarında oynamağa layiqdir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail