Roman Qriqorçuk: "Belə suallara cavab vermək istəmirəm"

19.03.2017 | 2880 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın 23-cü turunun AZAL-a qarşı oyunundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Komandamın oyunundan ümumi götürsək razıyam. Təbii ki, xal itkisinə görə məyusam. Bu gün yaxşı oynadıq. Yaxaladığımız qol epizodlarını boşa verdik. Oyundan sonra futbolçularıma da dedim ki, bəxtimiz gətirmədi. Onlar başlarını dik tutmalıdırlar. Artıq bu görüşü unudub, növbəti matçlara hazırlaşmalıyıq.

- “Qarabağ”ın “Zirə” ilə oyunda xal itirəcəyinə inanırsınız?

- Bu haqda düşünmək istəmirəm. İndiki halda “Qarabağ”ın xal itirməsinə ümid etməliyik. Bu, mümkündür. Eləcə də özümüz “Qarabağ”a qalib gəlməliyik. Biz məhz bunlar haqda düşünməliyik. İlk növbədə özümüz üzərimizə düşəni etməliyik. Oyunlara düzgün hazırlaşmalıyıq.

- Son 2 turda çempionatın həlledici mərhələsində komandanız vacib xallar itirir. Bəlkə “Qəbələ” çempionluğa hazır deyil?

- Bu suala çempionat başa çatdıqdan sonra dəqiq cavab vermək olar. Qarşıda hələ 5 oyun var. 15 xal toplamaq mümkündür. Aydın məsələdir ki, qarşıdakı oyunlara çox ciddi hazırlaşmalıyıq.

- Bəzən Ukrayna mətbuatında sizin vətəninizdən təklif aldığınız barədə xəbərlər yayılır. Bəziləri isə bunun düşünülmüş olması barədə fikir səsləndirir. Bu söhbətlərə birdəfəlik son qoymaq üçün nəsə deyə bilərsiz?

- Belə suallara cavab vermək istəmirəm. Mənim cavabım standartdır - şərhsiz. Həm də mən “Qəbələ”nin indi çətin vəziyyətdə olduğunu düşünmürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail