Muay Tayçımız dünya çempionu olub

16.03.2017 | 8119 dəfə oxunub

Azərbaycanlı idmançı Cabbar Mustafayev dünya çempionu olub. Stadium.Az xəbər verir ki, Muay Tay döyüş növünün WMF növü üzrə Tailandda keçirilən dünya çempionatında Cabbar 4 görüş keçirib.

Mustafayev 63.5 kq çəki dərəcəsində ilk görüşünü  Braziliyadan olan döyüşçüyə qarşı keçirib. Rəqibinə qalib gələn Cabbar ¼ finalda filippinli rəqibini də məğlub edib.

Yarımfinalda isə Cabbarın rəqibi Bolqar Muay Tayçı olub. Rəqibinə 3:0 hesabıyla qalib gələn təmsilçimiz finala vəsiqə qazanıb. Finalda isə onun rəqibi güclü rüsiyalı döyüşcüyə qalib gələn əfqanıstanlı Muay Tayçı olub.

Cabbar finalda da qalib gələrək bu Muay Tayda bu versiya üzrə ilk dəfə ölkəmizə dünya çempionluğu qazandırıb. Artıq vətənə dönən Cabbar bu barədə saytımıza açıqlama verib:

“Tailanda getməmişdən əvvəl bu çempionata çox ciddi hazırlaşmışdım. Hazırlıq prosesində şəxsi müəllimim olan Azər Həsənsoya, mənim üzərimdə zəhməti olan Maqsud Allahverdiyev və millimizin baş məşqçisi Şəhriyar İsayev mənə çox kömək oldular. Hər birinə dərin təşəkkürümü bildirirəm.

Məni səfərə aparan Azərbaycan Muay Tay Federasiyasının prezidenti və şəxsi məşqçim olan Azər Həsənsoya da dərin təşəkkürümü bildirirəm ki, bu imkanı mənə yaratdı. İnanın, ümidim vardı, amma tam olaraq inanmırdım. Şükürlər olsun ki, bu arzuma çatdım, özümün, müəllimlərimin, federasiyanın zəhməti yerdə qalmadı. Dünya çempionu olmağımda mənə dəstək olan hər kəsə minnətdaram. Xüsusən də komanda və məşq yoldaşım Alid Məmmədzadəyə də. O da Super Muay Tay Liqasında iştirak etdiyi üçün Tailanda idi. Mənə çox dəstək oldu. İnşallah bundan sonra da maksimum dərəcədə çalışıb daha böyük uğurlar qazanacam. Allaha min şükürlər olsun ki, zəhmətim bəhrəsiz qalmadı”.

Görüntünün olası içeriği: 1 kişi

Görüntünün olası içeriği: 3 kişi, gülümseyen insanlar, ayakta duran insanlar ve açık hava

Görüntünün olası içeriği: bir veya daha fazla kişi

Görüntünün olası içeriği: 5 kişi
Görüntünün olası içeriği: 6 kişi, açık hava



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail