Muarem Muarem: "Bu, mənimlə bağlı deyil..." - MÜSAHİBƏ

15.03.2017 | 3520 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Muarem Muarem Azərbaycan Premyer Liqasının 22-ci turunda AZAL-la oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Oyun haqqında nə düşünürsən?

- Görüşə yaxşı hazırlaşmışdıq. AZAL-ın necə komanda olduğunu öncədən bilirdik. Kənardan asan görünə bilər, amma çətin oyun alındı. Zirvə yarışından uzaqlaşmamaq üçün qalib gəlməliydik. 3 xalı qazandığımız üçün sevinirik. Bunun davamını gətirməliyik.
 
- Oyunun bu qədər çətin keçəcəyini gözləyirdiniz?

- Əlbəttə. Məqşçilərimiz də rəqibi analiz etmişdi. Çətin olacağını demişdilər. Baxmayaraq ki, son pillədə qərarlaşıblar. Sona qədər mübarizə apardılar.
 
- İlk hissədə çox sönük futbol keçdi...

- Baş məşqçimiz ilk hissədə çətinlik çəkəcəyimizlə bağlı xəbərdarlıq etmişdi. Sakit olmalı idik. İkinci hissədə isə sakit davrandıq və fürsəti gözlədik. Sevinirik ki, lazım olan qolu vurduq. Biz yenə çempion olmaq istəyirik. Növbəti oyunlara hazırlaşıb, hər matçda qələbə qazanmağı düşünürük.
 
- Azərbaycan millisi martın 26-da DÇ 2018-in seçmə mərhələsi çərçivəsində Almaniya qarşı oynayacaq. Bu matç barədə fikirləriniz necədir?

- Onları çox çətin oyun gözləyir. Azərbaycan millisinin Bakıda keçirdiyi oyunlarda stadionda olmuşam. Rəqibə gəlincə isə, Almaniya son dünya çempionudur, güclü komandadır. Azərbaycan yığması üçün axşı təcrübə olacaq. Komanda yoldaşlarımı bu oyunda dəstəkləyəcəm.
 
-  Almaniya millisi böyük hesabla qalib gələ bilər?

-  Mən elə düşünmürəm. Bu futboldur. Son nəticə öncədən bəlli olmur.

- Son zamanlar Makedoniya yığmasında dəvət almırsan..

- Bu, mənimlə bağlı deyil, baş məşqçinin qərarıdır. Mən də onun qərarına hörmətlə yanaşıram. Çağırsa, əlimdən gələni edəcəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail