Maksim Medvedev: "Hər şeyi etdik, amma..." - MÜSAHİBƏ

20.02.2017 | 3480 dəfə oxunub

“Qarabağ”ın futbolçusu Maksim Medvedev Premyer Liqanın 19-cu "Qəbələ"yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Oyun haqqında nə deyə bilərsən?

- Hava şəraitinə baxmayaraq, maraqlı matç oldu. Hər iki komanda da vacib oyun olduğunu bilirdi, vuruşurdu. Azarkeşlərin dəstəyi də gözəl idi. Bu, futboldur, məğlubiyyətin olmağı da normaldır. Bəzən nə qədər hazırlaşsan da, bəzi məqamlar yaddan çıxır. Məğlubiyyət bizi sındırmadı. Qarşıda hələ matçlarımız var. Belə situasiyalara rast gəlmişik, çıxış yolunu da bilirik. Əgər çempion olmaq istəyiriksə, növbəti oyunların hər birində qələbə qazanmalıyıq. Yəni, başqa yolumuz da yoxdur.

- “Qəbələ”nin qalib gəlməsi çempionatda prinsipiallığı nə qədər artırır?

- Bu matça qədər də prinsipiallıq vardı. Ötən mövsüm də belə idi. Qarşıda “Qəbələ” ilə ev oyunumuz var. Çalışacağıq ki, həmin görüşdə imkanlarımızdan istifadə edək, qələbə qazanaq.

-Düşünürsən ki, oyunu yüksək səviyyədə oynasaz da, sonda nəsə çatmırdı?

- Mən müdafiədə olduğum üçün bütün oyunu görürdüm. Hiss olunurdu ki, topa biz nəzarət edirdik, bir nömrə kimi biz oynayırdıq. Hər şeyi etdik, amma rəqib qapısından topu keçirə bilmədik. Bu qarşılaşmada son zərbələri vuran çatışmadı.

- Hava şəraiti oyununuza nə qədər təsir etdi?

- Baxmayaraq ki, hava soyuq idi, amma küləkli deyildi. Oyuna isindikdən sonra soyuğu hiss eləmədik, super matç keçdi. Azarkeşlər də sona qədər komandalarını dəstəklədilər. Hər oyun belə ab-havada olsa, bizim üçün böyük bir motivasiya olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail