Avtoqol yenə braziliyalıdan gəldi

20.02.2017 | 3406 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIX turunun “İnter” – “Zirə” oyununda (1:1) qeydə alınan avtoqol mövsümdə 4-cü olub. Stadium.Az xəbər verir ki, meydan sahiblərinin heyətində Denis Silva öz qapısına qol vurub.

Maraqlıdır ki, cari mövsümün bütün avtoqollarına braziliyalılar imza atıb. “Neftçi”nin müdafiəçisi Jairo Rodriges “Qarabağ”la iki, “Qəbələ” ilə bir oyunda xətaya yol verməklə ümumilikdə 3 dəfə avtoqol müəllifi olmuşdu. Əvvəlki çempionatlarda “sambaçılar”ın daha 7 avtoqola məyus olduğunu nəzərə alsaq, bu ölkədən olan legionerlər 11 dəfə öz qapısına qol vurub.

Elə Denis də əvvəlki 7 avtoqoldan birinin müəllifi olub. O, 2010-cu il dekabrın 11-də “Neftçi”nin heyətində çıxış edərkən “Bakı” ilə görüşdə öz qapısına qol vurub. 2261 gündən sonra eyni xətaya yol verən müdafiəçi 1-dən çox avtoqol edən 21-ci futbolçu olub. Onlardan 4-nün hərəyə üç, 17-nin isə hərəyə 2 belə qolu var.

Ümumilikdə isə Azərbaycan çempionatları tarixində 162 avtoqol qeydə alınıb. Paytaxt derbisindəki avtoqol “İnter” üzvlərinin 8-ci uğursuzluğu olubsa, “Zirə” 3-cü dəfə rəqib qoluna sevinib. (PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail