Kamran Ağayev: "Əsas heyətdə meydana çıxmağım çox çətin olacaq"

18.02.2017 | 4236 dəfə oxunub

Bu gün Portuqaliya çempionatında 22-ci turun oyunları keçiriləcək. Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavista" səfərdə "Feirense" ilə qarşılaşacaq. Yığmamızın qapıçısının bu matçda da meydana çıxması sual altındadır.

Stadium.Az xəbər verir ki, Ağayev CBC Sport-a açıqlamasında bu haqda məlumat verib: "18-liyə" düşəcəyim belə sual altındadır. Çünki bir az ağrılarım var. Ağrılarıma görə, normal məşq edə bilmirəm. Ona görə, ola bilər heyətdən kənar qalım. Bir az toparlanmam lazımdır".

Həmyerlimiz hazırda "Boavista"nın "1 nömrəsi"nə çevirilmiş Vaqner da Silvanı əvəzləməyin çətin olacağını deyir. Mövsümün sonunda müqaviləsi başa çatacaq Kamran Portuqaliya klubunda qalmayacaq: "Təbii ki, müqaviləni uzatmaq istəmirəm. Bundan sonra komandada oynamağım, əsas heyətdə meydana çıxmağım çox çətin olacaq. Menecerimlə əlaqə saxlaycam, o nə məsləhət görsə, elə edəcəyik. Yəni onlara başa saldım ki oynamadığıma görə, müqaviləni uzatmayacam. Məlumdur ki, oynamağım çox çətin olacaq. Yəqin ki, ehtiyatda oturacam. Təbii ki, rəqabət aparacam. Amma bu günkü gündə reallıq budur ki, ehtiyatda qalacam". 

Yığmamızın qapıçısı TOP-5 ölkələri klublarının birindən təklif aldığını ancaq "Boavista"nın buna görə, çox pul istədiyini deyib: "Transfer pəncərəsi açıq olan vaxt yaxşı komandalardan təkliflər var idi. "Boavista" böyük məbləğ istədi, gedişimə görə. Ona görə başqa kluba keçə bilmədim". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail