Yanvarın 16-da İslam Həmrəyliyi oyunlarına KİV-in qeydiyyatı başlayacaq

12.01.2017 | 3259 dəfə oxunub

Yanvarın 16-dan Bakı-2017 İslam Həmrəyliyi oyunlarının KİV akkreditəsinə start veriləcək. Stadium.Az xəbər verir ki, islamiadanı işıqlandırmaq üçün təxminən 650 jurnalist, fotoqraf və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin nümayəndələrinin qeydiyyatdan keçməsi nəzərdə tutulur.

Media nümayəndələri üçün yaradılan şərait və təklif olunan xidmətlərin təfərrüatları Bakı-2017-in Media bələdçisi kitabçasında qeyd olunacaq və mətbuat nümayəndələrinə paylanacaq.

Qeydiyyatla bağlı müraciətlər martın 31-dək qəbul ediləcək. Bakı-2017-ni işıqlandırmaq istəyən media nümayəndələri bu tarixdən gec olmayaraq akkreditasiya üçün müraciət etməlidirlər. Martın 31-dən sonra edilən müraciətlər qəbul olunmayacaq. Beynəlxalq media nümayəndələrinin müraciəti təmin olunarsa və təsdiqlənərsə, onlara Azərbaycana daxil olmaları üçün viza rolunu oynayacaq müvəqqəti giriş kartı göndəriləcək. Media akkreditasiya kartları isə Akkreditasiya Mərkəzində paylanılacaq.

Oyunlardan əvvəl mayın 9-da və 11-də İdmançılar kəndinə iki media tur təşkil olunacaq. Media nümayəndələrinin Milli Olimpiya komitələrinin qonağı kimi dəvət edilməsi halları istisna olmaqla, onların olimpiyaçıların yaşayış ərazisinə girişinə icazə verilməyəcək. Lakin iki media turdan birində yaşayış ərazisinə giriş üçün imkan yaradılacaq. Hər turda media nümayəndələrinin sayı 100-dən çox olmayacaq. Turda iştirak etmək üçün media nümayəndələri martın 31-dən sonra [email protected] elektron ünvanından qeydiyyatdan keçməlidirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail