"Kəpəz" bu günü "Kəpəz" 5387 gün gözlədi

01.12.2016 | 3467 dəfə oxunub

“Kəpəz” Gəncədə üzləşdiyi ən uğursuz seriyalardan birini qırıb. Stadium.Az xəbər verir ki, qərblilər “Neftçi” ilə ev oyunlarındakı qələbəsizliyə  Premyer Liqanın XIII turunda son qoyub.

2002-ci il fevralın 27-də əldə olunan 2:1 hesablı qalibiyyətdən sonra səfərdə 3 xal qazanmasına baxmayaraq, gəncəlilər evdə bunu bacarmırdı. Öz meydanındakı 8 matçda cəmi 2 heç-heçə edib, 6 dəfə uduzan gəncəlilər əzəli rəqibi ilə duellərdəki sindromu 2:0 hesablı qələbə ilə qırıb.

5387 gündən sonra qırılan sindrom “Kəpəz”in tarixində 3 ən uğursuz ev seriyasından biridir. 
Ardıcıl 9 oyundur “Qarabağ”ın uduzmadığı Gəncə səfərləri “Bakı” üçün də uğurlu alınıb. Paytaxtın eyniadlı klubu bu səfərlərdə 6 oyundur yenilmir. “Neftçi”dən fərqli, digər iki komanda ilə matçlardakı seriyalar qırılmayıb. Lakin “Bakı” peşəkar liqalarda çıxış etmədiyindən bu seriyanın davamı qeyri-müəyyən zamana təxirə düşüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail