"İndi xal qazanmaq daha çətindir" - Səlahət Ağayev

29.11.2016 | 3781 dəfə oxunub

Bakı "İnter"inin qolkiperi Səlahət Ağayev Topaz Premyer Liqanın 13-cü turunda səfərdə "Zirə" ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.az-ın məlumatına görə, o, azlıqda qaldıqları üçün iki xal itirdiklərini deyib.

- Oyun haqqında nə düşünürsən?

- Çətin matç keçdi. “Zirə” ilə səfərdə oynamaq asan deyil. Buna baxmayaraq, hesabda önə keçdik. Lakin son dəqiqələrdə qələbəni əldən verdik. Fikrimcə, azlıqda qaldığımız üçün iki xal itirdik.

- İkinci dövrənin bitməyinə bir tur qalıb. Fasilədən sonra komandadan hansı nəticələr gözlənilir, hədəflər nədir?

- Düşünürəm ki, avrokuboklarda mübarizə aparmaq üçün şanslarımız var. Heyətimizin də gücü buna imkan verir. Sona qədər çalışıb, əlimizdən gələni edəcəyik.

- Baş hakimin qərarlarından razı qaldınız?

- Deməzdim ki, hakim kobud səhvlər etdi. Skarlatake kobudluğa görə ikinci sarı vərəqəni aldı və meydandan qovuldu. Qərar doğru idi.

- Premyer liqada 8 komandanın olması rəqabətə necə təsir edir? Rəqabəti azaldıb, ya əksinə?

- Məncə, komanda az olduqda, mübarizə daha gərgin olur. Çempionatda zəif komanda yoxdur, hamısı bir səviyyədədir. Daha çox klub olanda, xal qazanmaq olurdu, indi daha çətindir. Bir oyun qələbə qazanırsan, yuxarı pilləyə qalxırsan, məğlub olursan, aşağı pilləyə enirsən.

- Belə bir fikir səslənir ki, çempionatda rəqabətsizlik var. Bu fikirlə razısan?

-  Xeyr. Əlbəttə ki, rəqabət var. “Qarabağ”la da, AZAL-la da oyun asan keçmir. 

- Rəhbərliyin dəyişməsinin kluba mənfi və ya müsbət təsirləri oldu?

- Heç bir mənfi təsiri olmayıb. Hazırda prezident vəzifəsini icra edən Rüfət Abdullayev əvvəl də bizimlə işləyib, lakin başqa vəzifədə. Hər şey qaydasındadır, daha yaxşıya doğru gedir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail