"Bu dəfə İtaliya sindromunu qırarıq" - Vüqar Nadirov

28.11.2016 | 4621 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Vüqar Nadirovun Qol.az saytına müsahibəsi

- Vüqar, xeyli müddətdir səni meydanda görmürük.

- Əvəzedici komandanın oyununda zədələnmişdim. Ayaq əzələmdə yırtıq var idi. Getdikcə zədəmi bərpa edirəm. Həkimlər 4 həftə oynaya bilməyəcəyimi demişdi. Həmin vaxtdan təxminən 3 həftə keçib. Bugündən qaçmağa başlamışam. Hələ ki, komanda ilə məşq etmirəm. Komanda "Qəbələ" ilə sabahkı oyuna hazırlaşır. Mən isə həkimlərin nəzarəti altında fərdi məşq edirəm.

- "Slovan"a acı məğlubiyyətdən sonra “Qarabağ”da ab-hava necədir? "Qəbələ" ilə oyuna köklənmək çətin deyil?

- Hər şey yaxşıdır. "Slovan"la oyun arxada qaldı. Düzdür, bu məğlubiyyət hamıya təsir edir. Təbii ki, o cür şansı əldən vermək üzücüdür. Hamı kimi biz futbolçulara da pis təsir edir. Ancaq başa düşürük ki, futbolda həmişə qalib gəlmək mümkün deyil.

- Təcrübəli futbolçu kimi komandanızın Çexiyadakı zəif çıxışını nə ilə əlaqələndirə bilərsən?

- Komandamızın zəif çıxış etdiyini demək olmaz. Qol imkanlarımız var idi. Muarem bir epizodda qola çox yaxın oldu. Sadəcə, bəzən top qapıya girmir. Eybi yoxdur, şanzımız qalır. Qarşıda "Fiorentina" ilə oyun  var.

- Demək olar ki, ötənilki mənzərə təkrarlanır: qrupun son oyunudur, rəqib İtaliya klubudur və "Qarabağ"ın şansı öz əlindədir.

- Bəli, demək olar ki, eyni ssenaridir. Bu dəfə İtaliya sindromunu qırarıq.

- Çətin olmayacaq?

- Əlbəttə, çətin olacaq. Maraqlıdır ki, komandaların hər biri qrupdan çıxa da bilər, çıxmaya da. Oynadığım dövrdə heç vaxt belə şey görməmişdim.  Ciddi hazırlaşsaq, istədiyimiz nəticəni qazana bilərik. Ancaq biz indi o oyunu düşünmürük. Əsas diqqətlər "Qəbələ" ilə sabahkı görüşə yönəlib.

- Bu oyun haqda nə düşünürsən?

- "Qəbələ" hazırda çox yaxşı formadadır. Avropa Liqasının qrup mərhələsində oynayırlar. Biz də həmçinin. Ona görə də maraqlı oyun olacağını demək olar. Artıq "Qəbələ"nin nəyə qadir olduğunu bilirik. Komandamız çox ciddi hazırlaşır. Hər iki komandanın xalı eynidir. Bizi ancaq qələbə qane edir. Təbii ki, hələ turlar qarşıdadır, ancaq bu oyunda qalib gəlməyimiz vacibdir. Çempionluğa iddialı iki komandanın qarşılaşmasıdır. Bu oyundan çox çey asılıdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail