"Qəbələ"nin ukraynalısı: "Mən orta səviyyəli oyunçuyam" - MÜSAHİBƏ
“Qəbələ”nin ukraynalı müdafiəçisi Vitali Vernidubun “footballua.tv” saytına müsahibəsini təqdim edirik:
- “Qəbələ” keçidiniz necə alındı?
- Əvvəlcə qarşıma Ukraynanın top komandalarında oynamaq məqsədi qoymuşdum. Vaxt keçirdi və mən heç bir cəzbedici təklif almırdım. Deməli, mən Ukraynanın top komandaları üçün yetəri qədər güclü oyunçu deyildim. Mən orta səviyyəli oyunçuyam. Bəlkə də kimsə başqa cür düşünür, ancaq bu, mənim öz fikrimdi. Bu məqamda təklif gəldi. Açığını demək lazımdısa, mənim və ailəm üçün maddi cəhətdən olduqca əlverişlli idi. Təklifi qəbul etdim. Bunun üçün də peşman deyiləm. Hamı deyirdi ki, o, Azərbaycana karyerasını bitirməyə gedir. Ancaq mən Roman İosifoviçin yanına gedirdim. Onunla isə karyeranı bitirmək real deyil. İnanın mənə, siz hətta Antarktidada pinqvinlərlə oynasanız belə, Qriqorçukla karyeranızı bitirməyəcəyiniz dəqiqdir.
Pul? Mən onu qazanıram və qazanacam da. Ancaq ən əsası mən Avropada oynamaq təcrübəsi əldə edirəm. Ötən il bizim “Borussiya” kimi ciddi rəqiblərimiz var idi. Bu il “Lill”... Çox adam düşünür ki, Azərbaycan çempionatı çox aşağı səviyyəlidi. Ancaq mən belə düşünmürəm. Orda oynamaq çox maraqlıdı. “Qarabağ” çox güclü rəqibdi. “Neftçi” var, eləcə də digər maraqlı komandalar var ki, bizim hətta aparıcı klublarımız da onlarla oynasa, çətinlik çəkərlər. Həmin “Qarabağ” olduqca ciddi komandadı. Avropada özünü çoxdan sübut edib.
- Azərbaycan çempionatının Ukrayna birinciliyi ilə əsas fərqi nədi?
- Orda adətən sintetik, süni meydançalarda oynayırıq. Bir rəqib təbii meydanda oynayır, digəri süni. Bu, bir az çətinlik yaradır.
- Bəs bu iki ölkə klublarının maddi cəhətdən fərqləri necədi?
- Demək olar ki, eynidi. Orda da burda olduğu kimi bir-iki klub çox yaxşı vəziyyətdi, digərləri ortabab.
- Atanız – Yuri Vernidub demişdi ki, siz “Qəbələ”də çox az oynayırsız...
- Bəli, mən çempionatın ilk dövrəsində çox az oynadım, çünki yetərli qədər yaxşı səviyyədə deyildim. Əgər normal formada olsam, oynayaram. Problem yalnız məndədi. Çalışıram ki, tezliklə bütün işləri yoluna qoyum və komandama çox xeyir verim. Atam deyir ki, mən komandamı dəyişmək istəyirəm? O yəqin məni yanlış anlayıb. Bizim bu barədə söhbətimiz olmayıb. Atama demişdim ki, bu barədə danşmasın. Əks halda elə çıxır ki, mən konflikt yaradıram. Mən isə həmişə problemi özümdə axtarıram.
- Yeri gəlmişkən, “Qəbələ”də sizdən başqa bir ukraynalı yenə var – Bezotosnı. Onunla necə yola gedirsiz?
- Qəbələdə biz ayrı yaşayırıq. Ancaq səfərə çıxanda çalışırıq ki, birlikdə qalaq. Həmişə söhbətləşirik, bir-birimizi gözdən uzağa qoymamağa çalışırıq. Bəzən gülərək bir-birimizə qardaş deyirik. Hətta bir dəfə məşqə eyni əşyalarla gəlmişdik.
- Sənin əsas futbol arzun nədi?
- Bütün ukraynalı futbolçular kimi ilk növbədə millidə oynamaq istəyirəm. Ancaq bilirəm ki, artıq çox çətindi. Çoxlu gənc, istedadlı uşaqlar var. Bilirəm ki, millidə oynamaq çox çətindi, ancaq arzu eləmək heç kimə qadağan olunmayıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |