Aleksey Qay: "Bu, azərbaycanlılar üçün normal, mənim üçün vəhşilik kimi görünürdü"

23.10.2016 | 4399 dəfə oxunub

“Qəbələ”nin sabiq yarımmüdafiəçisi Aleksey Qay klubdan ayrılmasının səbəbləri və Azərbaycan haqda ölkəsinin mətbuatına müsahibə verib.

- Vəziyyət o yerə çatdı ki, artıq mən özlüyümdə dedim ki, “Qəbələ”də qalmayacağam. Mənim təkliflərimə də baxılmadı. Kluba qarşı hər hansı incikliyim yoxdur. Əksinə “Qəbələ”yə görə başqa bir ölkədə yaşadım. Yeniliklər gördüm. Azərbaycanda iki maraqlı mövsüm keçirdim.

- Azərbaycanda sizi təəccübləndirən nə idi?

- Bu sualı mənə yerli jurnalistlər də vermişdi. Yerli insanlar ölkələri barədə kənar adamların dediklərindən inciyirlər. Məsələn, mən onların maşın sürmələri barədə fikir səsləndirmişdim. Demişdim ki, bir sürücü 20-30 metr sonra yolu dönmək üçüb hərəkət qaydasını pozub sənin qarşına çıxa bilər. Bu, onlar üçün normal, mənim üçün vəhşilik kimi görünürdü. Sonra müsahibəmə mətbuat və internetdəki şərhlərdən onların incidiyini gördüm. Azərbaycanlılar kənar adamların fikirlərini ürəklərinə tez salırlar.

- Bəs, Bakı sizdə hansı təəssüratı oyatdı?

- Bu şəhər həm müasirdir, həm də tarixi. Bundan başqa, Bakı Şərqlə Qərbi özündə birləşdirib. Bakıda olmayan insanlara mütləq bu şəhərə getməyi tövsiyə edirəm. Şəhərin rəhbərliyi barəsində də hörmətlə onu deyim ki, onlar son illər Bakıya möhtəşəm gözəllik vermək üçün çox iş görüblər.

 Digər postsovet ölkələrində olduğu kimi, maliyyə böhranı Azərbaycana da təsir etdi və nəticədə klubların büdcəsi azaldıldı. Ona görə də ölkə futbolunun öncülləri son illər zəif çıxış edirlər. “Neftçi” və “İnter” zəifləyib. “Qarabağ” və “Qəbələ” isə aparıcı klub mövqeyinə çıxıblar. Onların maliyyə vəziyyəti sabitdir. “Qəbələ”nin gənc və iddialı rəhbəri var. O, komandasını yüksək yerlərdə görmək istəyir. Bunun üçün də kluba Roman Qriqorçuku dəvət edib. Onun rəhbərliyi altında komanda dalbadal ikinci ildi Avroliqanın qrupunda oynayır.

- Sizi “Qəbələ”yə Roman Qriqorçuk dəvət etmişdi?

- Hə. Ukraynada vəziyyət yaxşı deyildi. “Çernomorets”in yaşaması üçün ümid yox idi. Buna görə də Roman Qriqorçuk özünə yeni iş yeri axtarırdı. O demişdi ki, gedəcəyi kluba məni də özüylə aparacaq. Ona görə də internetdə Qriqorçukun hansı komandaya gedəcəyi barədə xəbərləri izləyirdim. Və bir gün onun “Qəbələ”yə getdiyini öyrəndim. Tezliklə zəng vurub məni komandasına dəvət etdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail