Abdulbari Gözəl: "Komandadan çox razıyam"

21.10.2016 | 3159 dəfə oxunub

“Bu günlərdə Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olundu. Hər bir sahədə olduğu kimi, Azərbaycanda futbol da inkişaf edir. Çox şadam ki, bu gün 2:0 hesablı qələbə qazandıq”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın fəxri prezidenti Abdulbari Gözəl PAOK-la oyundan (2:0) sonra deyib.

Abdulbari Gözəl qələbəni belə şərh edib:

“Qarabağ” böyük müvəffəqiyyət qazandı. Komandadan çox razıyam. Qələbədən dərhal sonra onları təbrik etdim. Rəqibi tanıdıq artıq. İnanıram ki, səfərdə də yaxşı olacaq. “Qarabağ” özünə güvənir. Komandanın öz oyun tərzi var”.

Yeni trasferlərlə bağlı sualı A. Gözəl belə cavablandırıb: 

“Bəzən çox yaxşı futbolçu gətirsən də, oynaya bilmir. Çalışırıq ki, komandaya yeni qan verək. Hər zaman bu məsələ nəzərimizdədir. Axtarışlar daim gedir. Bu, olmalıdır”.

“Qarabağ”ın fəxri prezidenti qrupdan çıxmaq şansı barədə bunları söyləyib: “İndidən dəqiq nəsə deyə bilmərəm. “Qarabağ”a güvənirəm. Oyunun gedişində ayağa qalxırdım. Həm qol vurarkən, həm təhlükəli epizodlar yaşanarkən. İkinci qoldan sonra qələbəyə əmin oldum”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail