Ronaldinyo: "Niyə də "Qəbələ"də oynamayım?" - MÜSAHİBƏ

20.10.2016 | 3625 dəfə oxunub

"Qəbələ" klubunun təşəbbüsü ilə Bakıda səfərdə olan məşhur braziliyalı futbolçu Ronaldinyo mətbuat konfransı keçirib. Stadium.Az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb

- “Qəbələ”nin Futbol Akademiyasının açılışı ilə bağlı təklifi nə vaxt oldu?

- Təxminən bir ay yarım bundan əvvəl bu barədə danışıqlara başladıq.
 
- Sizin bir neçə ölkədə akademiyanız var. Bakıda istedadlı uşaqları görüb, burdakı akademiyaya necə kömək edə bilərsiniz?

- Əsas məqsədim odu ki, akademiyaya gələn uşaqlar mənim adımı eşidib, öz futbollarına daha ciddi yanaşsınlar. Onlar gələcəkdə peşəkar oyunçu olsalar, bu, mənim uğurum olacaq, buna çox sevinəcəm. Böyük klublara getmək imkanları olsa, bunda mütləq köməklik göstərəcəm.

- Siz anadan belə futbolçu doğulmuşdunuz, yoxsa tədricən bu səviyyəyə gəlmisiz?

- Yəqin mən doğulanda Allah mənə istedad verib. Amma böyüdükcə daha çox  məşq etdim. Bəlkə də, hamıdan çox məşq edirdim. Qazandığım bütün titullar bunun nəticəsdiri.
 
- Mətbuat konfransında çox adamın olması sizə İspaniyanı xatırlatmır?

- Hamınıza minnətdaram. Deyə bilmərəm, harda jurnalist daha çox idi. Mənə hörmət  göstərirsiniz. Hamınız çox sağolun. 
 
- Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüb. Bu barədə məlumatınız var?

- Bəli,  bu barədə eşitmişəm. Deyəsən, 7 xal toplamısınız. İndi də mən gəlmişəm ki, ölkəni daha yaxşı tanıyım və onun futbolu ilə daha yaxından maraqlanım.
 
- Gələcəkdə Azərbaycanla Braziliya millisinin yoldaşlıq görüşünün təşkili üçün köməklik göstərə bilərsinizmi?

- Əgər belə oyun nəzərdə tutulsa, kömək edə bilərəm. Əsas odu ki, belə bir məsələ gündəmə gəlsin.

- Sizə görə, dünyanın ən güclü futbolçusu kimdi?

- Lionel Messi.

- Bakıda ev alıb yaşamaq istəyərdiniz?

- Mən dünən axşam gəlmişəm. Mətbəxinizi çox bəyəndim. Oteldən isə bura gəlmişəm. Şəhəri gəzməmişəm. Burdan çıxandan sonra şəhəri daha yaxından tanıyacam.


- Azərbaycanlı futbolçulara nə məsləhətlər görərdiz ki, heç olmasa sizin bacardıqlarınızın yarısını edə bilsinlər?

- Deyə bilərəm ki, futbola və məşqlərə tez başlamalıdırlar. Məşqlərə ciddi yanaşmaq lazımdır. Hazırlığa birinci gəlib, sonuncu getmək lazımdır.

- Pele və Maradonanın səviyyəsinə çatmamağa sizə nə mane oldu?

- Əslində mən onların səviyyəsindəyəm.

- Necə qazanmısız bu qədər azarkeşin sevgisini?

- Bunu bilmirəm. Bəlkə də gözəl futbol oynadığım üçündür.

- “Qəbələ”də oynamaq istəyərdiz?

- Niyə də yox?!

- Futbolda heç vaxt etiraf etmədiyini nəyisə bizim mətbuata söyləyə bilərsiniz?

- Mənim həyatım futbol meydançasında olub. Gizli heç nə yoxdu.

- Braziliyalı futbolçuların çoxu deyir ki, futbol olmasaydı, avara olardıq. Siz futbol oynamasaydız, xuliqanlıqla məğşğul olardınız?

- Braziliyalıların həyatda ən sevdikləri şey futboldur.

- Karyeranızda ən çox nəyə təəssüflənirsiz? 

- Heç bir peşmanlığım yoxdu. Həyatımdakı hər addımı düz atmışam.

- Futbolu çox sevirsiz, yoxsa özünüzü?

- Özümü futbolsuz təsəvvüredə bilmirəm



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail