Rüstəm Orucovla Elmar Qasımovun dünya liderliyi davam edir

18.10.2016 | 3207 dəfə oxunub

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Stadium.Az xəbər verir ki, yeni siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar. Belə ki, yığmamızın aparıcı cüdoçularından ikisi mövqeyini yaxşılaşdırıb. Uşanqi Kokauri (100 kq-dan yuxarı) 2 rəqibini arxada qoymaqla 20-ci yerə yüksəlibsə, Nicat Şıxəlizadə (66 kq) 8-ci pilləni 7-yə dəyişib.

Millimizdə yenə ən yaxşı göstərici Olimpiya mükafatçılarımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımova (100 kq) məxsusdur. Onların hər ikisi öz çəki dərəcələrində birincidir. Bu cüdoçular kimi, Orxan Səfərov (60 kq), İlqar Müşkiyev (hər ikisi 60 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq) və Aişə Qurbanlı (48 kq) da mövqeyini qoruyub. Onlar müvafiq olaraq, 2-ci, 14-cü, 20-ci, 19-cu və 40-cı pillədə qərar tutublar.

Cüdoçumuz Tərlan Kərimov (66 kq) isə 1 pillə geriləyib. O, hazırda 37-cidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail