Kamran Ağayev: "O oyuna hələ çox var" - MÜSAHİBƏ

18.10.2016 | 4593 dəfə oxunub

Azərbaycan yığmasının və Portuqaliyanın "Boavista" klubunun qapıçısı Kamran Ağayevin müsahibəsini təqdim edirik:

- Millidən qayıdan kimi komandanızla Portuqaliya kubokunda oyuna çıxdınız "Unian Leyriya" (2:0) üzərindəki qələbə barədə nə deyərdiniz?

- Çətin oyun oldu. Amma şadam ki, komandamız bu oyundan qalib ayrıldı. Əsas odur ki, mübarizəni davam etdiririk.

- Yeni baş məşqçi Migel Leal necədir?

- Məşqçinin işi barədə şərh vermək istəməzdim. Mən buraya öz işimi görməyə gəlmişəm. Nə deyirlər, onu da edirəm. Əvvəlki və indiki məşqçimizi müqayisə etmək fikrim yoxdur. Çünki baş məşqçi dəyişikliyi barədə qərarları mən vermirəm.

- Yeni baş məşqçinin Emin Mahmudova da şans verməsi ehtimalı var?

- Eminin əvvəlki baş məşqçi ilə də heç bir problemi yox idi. Ona qarşı burada heç kim pis münasibət bəsləmir. Gəncdir və öz şansını gözləyir. İndi vəziyyət elədir ki, əsas heyətin üzvləri heç də pis çıxış etmirlər. Bu üzdən də məşqçilər korpusu hansısa dəyişikliyə ehtiyac duymur. Emin isə öz üzərində çalışmalı və şansını gözləməlidir.

- DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yığmamızla qazandığınız uğurlu nəticələrdən sonra sizi klubda necə qarşıladılar?

- Portuqaliya futbol ölkəsidir və bu, onlar üçün elə də böyük uğur sayılmır. Bizi sadəcə, təbrik etdilər, vəssalam. Öz işimizlə məşğuluq (gülür).

- Yəqin ki, son uğurlar sizdə də əhval-ruhiyyəni yaxşılaşdırıb...

- Düzünü desəm, həmin uğurlar mənim üçün artıq geridə qaldı. Düzdür, pis çıxış etmədik. Bizi qəhrəman kimi qəbul edirlər. Amma uduzsaydıq, tam əksi olacaqdı, hər kəs tənqid edəcəkdi. Ona görə də irəliyə baxmaq lazımdır.

- İrəlidə isə Şimali İrlandiya ilə oyun var...

- Tələsməyək. O oyuna hələ çox var. Ola bilər ki, heç məni çağırmasınlar. Zədə problemindən heç kim sığortalanmayıb. İndi millinin növbəti oyunu haqda düşünməyə vaxt yoxdur. Portuqaliya çempionatında ağır oyunlarımız var.

- Almaniya yığmasının baş məşqçisi Yoahim Löv mart ayında Bakıda millimizə qarşı keçirəcəkləri oyunu liderlərin dueli adlandırıb...

- Hətta belə açıqlamalar da mənim eyforiyaya qapılmağıma səbəb ola bilməz. Bizi qarşıda uzun bir yol gözləyir. Hələ indidən heç nəyi dəqiq bilmək olmaz.

- Amma Almaniya nəinki bizdən, hətta qrupdakı bütün rəqiblərindən bir neçə baş üstündür...

- Elədir. Almanların səviyyə fərqi barədə mübahisə etmərəm. Amma bu, Azərbaycanın onlara 6 xal hədiyyə edəcəyindən xəbər vermir. Biz onları ən azı öz meydanımızda məğlub etməyə çalışacağıq. Atam məndən həmişə istənilən rəqiblə oyunda qələbə gözləyir. O, mənə inanır. Qoy komandamıza da bütün ölkə inansın. O zaman bizə oynamaq daha asan olar. (Azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail