Tarixin 7-cisi

17.10.2016 | 3645 dəfə oxunub

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Azərbaycan çempionatları tarixinə düşüb. Stadium.Az xəbər verir ki, ukraynalı qolkiper qapısını ən uzun müddət toxunulmaz saxlayan 10 əlcək sahibinin siyahısına daxil olub.

Premyer Liqada 915 dəqiqə qol buraxmayan Dmitri 1992-ci ildən keçirilən ölkə çempionatlarının 24 illik tarixində 7-ci nəticəyə imza atıb.

Sonuncu dəfə ötən mövsümün XXXIV turunun mayın 11-də keçirilən “Qarabağ”a qarşı matçın (0:2) 32-ci dəqiqəsində Dani Kintananın qoluna məyus olan Bezotosnı ardıcıl 9 quru oyun keçirib. Ötən mövsümün son 2 və cari mövsümün ilk 7 oyununda qapısında qol görməyən legioner VIII turun “İnter”lə görüşündə seriyasının qırılmasına üzülüb. Matçın 47 dəqiqəsini qapısını toxunulmaz saxlamaqla seriyanı 915-ə çatdıran qolkiper Ağabala Ramazanovun 48-ci dəqiqədəki zərbəsi qarşısında aciz qalıb.

Azərbaycan çempionatlarının 7-cisi olan Bezotosnı “Qəbələ”nin rekordçusu Pavel Doroşevdən 37 dəqiqə geri qalmaqla, klubun 2-ci göstəricisinə imza atıb. Ukraynalı Nizami Sadıqova məxsus rekordun 191 dəqiqəliyində dayanıb.

 

Azərbaycan çempionatlarının 10 ən uzun quru seriyası

1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə

2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985 dəqiqə

3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971 dəqiqə

4. Camaləddin Əliyev (“Qarabağ”) – 958 dəqiqə

5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952 dəqiqə

6. Elxan Həsənov (“Neftçi”) – 943 dəqiqə

7. Dmitri Bezotosnı (Ukrayna, “Qəbələ”) - 915 dəqiqə

8. Boyan Pavloviç (“Qarabağ”) – 828 dəqiqə

9. Dmitri Kramarenko (“Karvan”) – 798 dəqiqə

10. Dmitri Kramarenko (“Neftçi”) – 772 dəqiqə

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail