Roman Qriqorçuk: “Maynts” sabah həmin boşluqları buraxacaq

29.09.2016 | 4258 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün  “Maynts”la oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sabah Uiks və Nika oynamayacaq. Başqa hər cəhətdən hazırıq. Başa düşürük ki, şansımız var. Əminlik var. Bundan bacardığımız qədər istifadə etməyə çalışacağıq.

- Rafael Santosu hesabdan silmisizmi? Bir də Uiks və Kvekveskirinin yoxluğunda onların mövqeyində kimləri oynadacaqsız?

- Mən razılaşmıram ki, Rafael Santosu hesabdan silmişik. O, çox vacib oyunlarda da iştirak edib. Santos bizim üçün lazımlı oyunçudu. Bunu nəzərinizə çatdırmaq istəyirəm. Yarımmüdafiə xəttində Nika Kvekveskiri və Teo Uiks oynamayacaq. Bu mövqedə yeni transfer Franyiçi oynada bilmərik. Çünki o, cinah futbolçusudu. O ki qaldı Franyiçin adaptasiyasına, hər şey qaydasındadı, işləri yaxşı gedir.

- “Maynts”ın Avroliqada qarşılaşdığınız digər rəqiblərdən fərqi nədədi?

- “Maynts”ı digər rəqiblərlə müqayisə etmək istəmirəm. “Qəbələ” çox ciddi komandadı. İstənilən rəqiblə qarşılaşmada şansımız var. Sadəcə, özümüzün ən yaxşı oyununu göstərməliyik. Hər bir futbolçu meydanda bütün bacarığını göstərməlidi. Onda bizim qələbə şansımız yaranar. “Maynts”a gəlincə, çox güclü komandadı. Düşünmürəm ki, onlar bizimlə matçda heyətdə eksperimentlər edəcəklər. Xeyr. Məncə, bizə qarşı ən güclü heyətlə oynayacaqlar. Müşahidəmə əsasən deyirəm ki, Avroliqa güclü çempionatların komandaları üçün də maraqlıdı. Onlar da çalışırlar ki, əsas heyətləri ilə çıxış etsinlər. “Borussiya”nın “Qəbələ” ilə hər iki oyununu xatırlatmaq istəyirəm. Onlar bizə qarşı əsas heyətləri ilə oynamışdılar.

- Rəqibin ən güclü cəhətlərini bizə açıqlaya bilərsizmi?

- Ən üstün cəhətləri fiziki gücləridi. Çox sürətli və cəlddilər. Uzun ötürmələrdən tez-tez istifadə edirlər. Oyunçuları boş mövqeyə açılmağı yaxşı bacarırlar. Meydanda sona qədər mübarizə aparırlar. Başa düşürəm ki, bu cür komandaya qarşı oynamaq bizim üçün çətin olacaq. Əks-hücuma da sürətli çıxa bilirlər. Çox aqressiv oynayırlar. Fərdi cəhətdən güclü futbolçulara sahibdilər. Bax, “Maynts”ın güclü xüsusiyyətləri bunlardı.

- Yağışlı hava ilə əlaqədar meydançanın ot örtüyü yenidən yararsız hala düşə bilərmi?Bu, sizi narahat edirmi?

- Meydança yenidi. Bu barədə nəsə demək mənim üçün çətindi. Meydanın sabah necə olacağını bilmirəm. Təbii ki, aramsız yağış davam etsə, meydanın vəziyyəti ağırlaşacaq. Düşünürəm ki, bununla əlaqədar hücum mövqeyimizdə müəyyən dəyişikliklər edə bilərik.

- “Qəbələ” daxili çempionatda topa daha çox sahib olur. Avroliqada isə əksinə, müdafiəyə meyilli komanda təsiri bağışlayır. Bununla bağlı nə deyə bilərsiz?

- Düşünməyin ki, biz çempionatda hücum edirik, Avroliqada müdafiə olunuruq. Biz həmişə istəyirik ki, hücum edək. Sadəcə, Avroliqada rəqiblərimiz çox güclü olur, bu səbəbdən istədiyimizi tam edə bilmirik. “Anderlext” və “Maynts” kimi komandalar olduqca güclü rəqibdilər. Biz onlarla matçlarda da öz oyun fəlsəfəmizdən dönmürük. Sadəcə, rəqib işimizi çətinləşdirir.

- “Maynts”ın heyətində ən bəyəndiyiniz futbolçu kimdi?

- Mənə hansısa futbolçunu fərqləndirmək çətindi. “Maynts”ın heyətində çox yaxşı oyunçular toplaşıb. Bəziləri daha yüksək səviyyəyə malikdilər. Onların fiziki hazırlıqları xüsusən seçilir. Oyun intellektləri də yüksəkdi, yəni taktiki planda da özlərini yaxşı tərəfdən göstərirlər.

 - Son vaxtlar Baqali Dabonun “ayağı açılıb”. Sabah onun üçün xüsusi tapşırıq vermisizmi?

- Düşünmürəm ki, rəqibin müdafiəçiləri ona xüsusi diqqət yetirəcəklər. Rəqibin oyunlarına baxmışıq, onların boşluqlarını aşkar etməyə çalışmışıq. Ümid edirik ki, “Maynts” sabah həmin boşluqları buraxacaq. Dabo da bunları bilir və ondan istifadə etməyə çalışacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail