"Burada qalıb-qalmayacağımı deyə bilmərəm" - MÜSAHİBƏ

28.09.2016 | 3665 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçirilən "Neftçi" - "Sumqayıt" matçında bakılılar ardıcıl 5-ci məğlubiyyəti ilə üzləşib - 1:2.

Stadium.Az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın legioneri Denilson Pereyra əməkdaşımızın suallarını cavablandırıb.

- "Neftçi"yə nə üçün gəlmisən?

- Klubdan təklif gəldi, tarixi haqda maraqlandıqdan sonra razılıq verdim. Çox böyük uğurları olmuş komandadı. Düzdü, hazırda tunir cədvəlinin aşağı pilləsindəyik. Amma mən komandaya fayda vermək üçün buradayam. 

- Komandaya köməyin dəyir?

- Əlimdən gələni edirəm. Sadəcə, qol vurmağım çatmışmır. Bir qol vursam, ardı gələcək. Özümə inanıram. Komanda təkcə məndən ibarət deyil. Məndən başqa 10 oyunçu var. Heyətdə yeni futbolçular yer alıb. Zamanla bir-birimizə uyğunlaşmalıyıq. 

- "Neftçi"də nə qədər maaş alırsan?

- Bunu açıqlaya bilmərəm.

- Oyunun aldığın maaşa dəyir?

- Siz elə bilirsiz ki, komandam məğlub olub, mən bunu rahat qəbul edirəm? (əsəbləşir) Ailəmi atıb, Bakıya gəlmişəm. İstəyirəm ki, komandam qələbə qazansın, mən də üzülməyim. Təsəvvür edin ki, sizi xaricə göndəriblər. Uğursuzluqla üzləşsəz, bu, təkcə sizdən asılı olmayacaq. Mən də qələbə qazanmaq istəyirəm. Sadəcə, alınmır.

- Bəs, qələbə qazanmağınız nədən və kimdən asılıdı?

- Meydana çıxan hər bir oyunçudan asılıdı.

- "Neftçi" rəhbərliyi və baş məşqçisi artıq indidən legionerlərin çıxışından narazılığını bildirib. Bunu nəzərə alaraq, indidən özünə yeni iş yeri axtarırsan?

- Burada qalıb-qalmayacağımı deyə bilmərəm. Amma çalışacam ki, öz oyunumla komandada qalmağı haqq edim. Son qərarı isə siz dediyiniz şəxslər verəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail