"Rauf bu cür çıxışını davam etdirsə, əminəm ki onu milliyə dəvət edəcəklər"

24.09.2016 | 4044 dəfə oxunub

Premyer Liqanın VI turunun açılış oyununda AZAL öz meydanında “İnter”ə 1:3 hesabı ilə uduzub. Stadium.Az xəbər verir ki, matçdan sonra “İnter”in baş məşqçisi Zaur Svanadzenin iştirakı ilə mətbuat konfransı keçirilib. Gürcü mütəxəssis ilk öncə oyun haqda danışıb:

- Oyun çətin keçdi. Demək olar ki, nəzarət bizim tərəfimizdə idi. Rəqib ilk hissədə heç nə ilə yadda qalmadı. İkinci hissədə qapımızda qol görsək də, qələbə qazandıq. Bu nəticədən razıyıq. Bundan sonra “Zirə” ilə oyuna hazırlaşacağıq.

- Klub rəhbərliyi dəfələrlə çempionq barədə düşünmədiklərini bildirib. “İnter”in qızıl medallar uğrunda yarışması üçün nə çatışmır?

- Hələ ki çempinat təzə başlayıb. Mövsümə uğurla start vermişik. Belə davam etsək, çempionluq uğrunda yarışa bilərik. Mövsüm uzundur. 2 aparıcı üzvümüz - Denis Silva və Adrian Skarlatake zədəlidir. Bu, bizim üçün ciddi itkidir. Hər şey qaydasında olsa, ilk “üçlük” uğrunda yarışmaq olar.

- Bu gün hücum xəttində Ağabala Ramazanov və Rauf Əliyevin tandemi əla alındı. Demək olar ki, Rauf Əliyev artıq tam formaya düşüb?

- Rauf bu cür çıxışını davam etdirsə, əminəm ki onu milliyə dəvət edəcəklər. Yığmanın baş məşqçisi də oyunları izləyir. Özü hər şeyi görür. İndi Rauf yaxşı çıxış edir. Oyununda irəliləyiş var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail