Tərlan Əhmədov: "Yox, onlar “qara siyahı”da deyillər" - MÜSAHİBƏ

24.09.2016 | 4632 dəfə oxunub

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın VI turunda “İnter”ə uduzduqları oyundan (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Mətbuata yox, amma uşaqlara deyəcəyim sözlər çoxdur. Bu gün normal oynasaq da, uşaq səhvlərinə yol verdik. Görüləcək işimiz çoxdur. Futbolçuları qınamıram. Rəqibdən üstün oynadıq. Son turlar həddindən artıq çox qol buraxırıq. Keçən il çoxları yazırdı ki, AZAL bu meydanda hamıya qalib gəlir. Stadionda nəsə var. İndi nə yazacaqlar? Bəlkə indi bizə nəsə edirlər ki, bəlaya düşmüşük. Yaxən günlərdə heyətdə dəyişiklik edim. İnandıqlarım futbolçuların çoxu etimadı doğrultmur. Gözləmək üçün vaxtımız yoxdur. Məğlubiyyət qaçılmazdır. Bu gün yaxşı oynasaq da, uduzduq. İkinci hissədə təzyiqi artırıb qol vursaq da, səhvlər öz oyunumuzu göstərməyə imkan vermir.

- Ötən oyundan sonra istefa verə biləcəyinizi demişdiniz. Klub rəhbərliyi ilə bununla bağlı görüşünüz oldu?

- Ortaq məxrəcə gəldik ki, qışa qədər komandada qalım. İndiki vəziyyətdə komandadan getsəm, bu, xəyanət olar. Çünki bu, özümün yığdığım komandadır. Qışa qədər AZAL-dayam.

- Yayda Rail Məlikov və Aleksey Namaşka komandanı tərk etdi. AZAL bu iki futbolçudan çox asılı idi?

- Rail lider idi. Hər komandaya lider lazımdı. Ötən il ilk 5 turda ən çox tənqid olunan Rail Məlikov idi. Lakin sonradan o komandanı toparladı. İndi elə bir liderə ehtiyacımız var. Qapıçılara ciddi iradımız yoxdur.

- Artıq indidən qış fasiləsində reallaşdıracağınız transferlərlə bağlı planlar hazırdı?

- Bu gedişlə heyətə 5-6 oyunçu qatmalı olacağıq. Çalışacağıq ki, büdcəyə uyğun hərəkət edək. Qapıdan başqa bütün mövqeləri gücləndirməliyik.

- İlk hissə bitən kimi Karanadonu əvəzlədiz. Ruslan Əmircanov sonradan meydana daxil oldu. Demək olar ki, “qara siyahı”nız artıq hazırdır?

- Yox, onlar “qara siyahı”da deyillər. “Qara siyahı”ya 90 dəqiqədə oynayan da düşə bilər. Planımız belə idi ki, ilk hissədə Ruslan Nəsirli və Nuqzar Kvirtiya, sonra isə Ruslan Əmircanov olmalıydı. Təəssüf ki, istəyimiz alınmadı. (futbolxeber.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail