AFFA İcraiyyə komitəsinin qərarları

30.08.2016 | 2900 dəfə oxunub

Avqustun 29-da mMilli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Goal.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə qəbul olunsun. Peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxs Bəyannaməni imzalamaqla müvafiq öhdəlik götürsün. Bəyannamə AFFA tərəfindən müvafiq futbol strukturlarına təqdim olunsun.

2. Birinci divizionda yaş və legioner limitinin müəyyənləşdirilməsi AFFA, Peşəkar Futbol Liqası və Məşqçilər Komitəsinə həvalə olunsun.

3. AFFA-nın təsisçiliyi ilə Futbolun İnkişaf Fondu yaradılsın. Qurumun İdarə Heyəti bütövlükdə AFFA-nın İcraiyyə Komitəsinin heyətindən təşkil olunsun. Futbolun İnkişaf Fondunun hüquqi məsələlərinin həlli və təşkilati işlərin həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılsın.

4. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rafiq Mirzəyevin öz istəyi ilə istefası qəbul olunsun. U-17 Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinin müvəqqəti icrası Vüqar Məmmədə həvalə olunsun.

5. UEFA-nın tövsiyəsinə əsasən 2017-2018-ci il mövsümündə futbol yarışlarında iştirak etmək üçün lisenziya qaydalarına dəyişikliklər haqqında təkliflər tanış olmaq və münasibət bildirmək üçün İcraiyyə Komitəsinin üzvlərinə təqdim olunsun. İcraiyyə Komitəsinin üzvləri təkliflərini AFFA-nın baş katibliyinə təqdim etsin.

6. Futbol veteranları Boris Xetaqurov və Adil Nadirova AFFA-nın təqaüdü verilsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail