Sergey Zenyov: "Burada daha uğurlu çıxış etməyimin səbəbini heç özüm də bilmirəm"

30.08.2016 | 3849 dəfə oxunub

“Qəbələ”nin estoniyalı hücumçusu  Sergey Zeynov ölkəsinin mətbuatına açıqlamasında komandası haqda danışıb. Stadium.Az xəbər verir ki, hazırda Estoniya millisinin düşərgəsində olan 27 yaşlı Zenyov “Qəbələ”nin Avrokubok şaslarından və millisindən danışıb:

“Avropa Liqası mənim turnirimdir. Burada daha uğurlu çıxış etməyimin səbəbini heç özüm də bilmirəm.

Ötən mövsüm “Borussiya” kimi bir rəqiblə eyni qrupda mübarizə apardıq. Bu dəfə isə digər güclü komandalar “Sent-Etyen”, “Maynz” və “Anderlext”lə oynayacağıq. Düşünürəm ki, ötən ilki ilə müqayisədə bu dəfə qrupumuz daha zəifdi. Bu 3 komandanı dəyərləndirsək, onların təxminən eyni səviyyəyə malik olduğunu söyləmək mümkündü.

Yığma ilə yeni mövsümə Malta üzərində qələbə ilə başlamaq istərdik. Bu komandada yaxşı əhval-ruhiyyə yaradacaq ki, Bosniya və Herseqovinaya səfər öncəsi yerinə düşəcək. Bir sözlə, DÇ-2018-in ilk qarşılaşmasında qalib gəlməyə iddialıyıq. Özümə gəlincə, komandanın hücum xəttinin lideri və bombardiri olmaq istəyirəm. Seçmə mərhələdə ilk 2 yerdən birini tutub, Rusiyadakı mundiala yollanmaq arzusundayam. Əgər bu yoxdusa, futbol oynamağın da mənası olmaz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail