Qara Qarayev: "Bu aqresiyanı qrup oyunlarına aparmanın heç bir mənası yoxdur" - MÜSAHİBƏ

26.08.2016 | 3978 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının pley-off mərhələsində “Göteborq”u 3:0 hesabıyla  məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyun ağır şəraitdə keçdi. Ot örtüyü belə bir matç üçün əlverişli deyildi. Lakin biz öncədən bu kimi şeyləri gözə almışdıq və ancaq turu keçmək haqqında düşünürdük. İstədiyimiz kimi oynadıq, qələbə qazanmağa nail olduq. Üçüncü qol bizim üçün çox vacib idi. Hər kəsi təbrik edirəm. Bu, karyeramın ən önəmli oyunlarından biri idi. Bəlkə növbəti il qrupa düşə bilməyəcəyik. Şükürlər olsun ki, bu şansı dəyərləndirə bildik.   

- Oyunun ən yaxşılarından biri idin. Bəs, sənin fikrində meydanın ən yaxşısı kim idi?    

- Kimisə ayırmaq düzgün olmazdı. Ümumilikdə, komandamızda zəif çıxış edən olmadı.  

- Ardıcıl üçüncü dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edəcəksən...    

- Sevindirici haldır. Üçüncü dəfə karyeramıza tarix yazıldı. Mənim karyeram üçün ən önəmli dönəmlərdən biridir. Çempionlar Liqasını düşünürdük, lakin alınmadı.   

- Bu il əvvəlki mövsümlərdən daha gərgin keçdi?

- Bu il bizə şanssızlıq gətirdi. İdman xoşbəxtliyi yanımızda olmadı. Öncəki turlarda gərginlik yaşandı, çətinliklə qalib gəldik.   

- Komanda üzərində təyziq hiss edirdi?  

- Bəli, təyziqlər var idi. Bugünkü oyuna köklənməyimizdə böyük rol oldu. Azərkeşlər, mətbuat bizdən daha yaxşı nəticələr gözləyir. Biz də zəif çıxış etdikdə təyziqlər olur və bu, bizə motivasiya verir.  

- Avroliqanın qrup mərhələsində hansı klubla qarşılaşmaq istərdiniz?   

- ''Fənərbaxça'' ilə istərdim. Onların ölkəmizdə azərkeşləri daha çoxdur. Bilmək istərdim ki, kimi dəstəkləyəcəklər.   

- ''Viktoria Plzen''lə yenidən üz-üzə gəlməyi arzulayırsınız?

- Onlar səfərdə vurduqları qol hesabına mərhələ adladılar. Bizdən üstün oynamadılar. Düşünürəm ki, bu aqresiyanı qrup oyunlarına aparmanın heç bir mənası yoxdur. Eyni qrupa düşsək, üç xal qazanmaq bizim üçün yetərlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail