Əmrah Çəlikəl: "Ən yaxşı variantı həyata keçirmək istəyirik" - MÜSAHİBƏ

26.08.2016 | 3662 dəfə oxunub

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl komandasının “Göteborq”la oyunundan sonra jurnalistlərə müsahibə verib: 

- “Qarabağ” 3:0 hesablı qələbə sayəsində qrup mərhələsinə yüksəldi. Təəssüratlarınız necədir?

- Əlavə nəsə deməyə ehtiyac yoxdur. Çox sevinirik. İnşallah, “Qəbələ” də gözlənilən nəticəni qazanar və yenə də 2 klubumuz Avroliqanın qrup mərhələsində çıxış edər. Hamınızı təbrik edirəm.

- İlk oyundakı yenilgidən sonra komandaya tam olaraq inanırdınızmı?

- İnanırdım. Gərginlik hər kəs də vardı. Amma komanda inamı doğrultdu. Buna görə uşaqlara, Qurban Qubranova təşəkkür düşür. Mətbuata da minnədaram ki sona kimi bizə dəstək verdiniz.

- “Qarabağ” gözəl oyun sərgiləsə də, meydançanın durumu bərbad idi...

- Hava şəraitindən hamımız xəbərdarıq. Həm rütubət, həm də öyrəşdiyimizdən də çox isti var. Hava şəraiti bütün meydançalara təsir göstərir. Biz də istərik ki, gözəl meydanda mübarizə aparaq. Belədə bəlkə daha çox qol vurardıq.

- “Qarabağ” qrup oyunlarını Bakı Olimpiya Stadionunda keçirə bilərmi?

- Bu haqda danışmaq hələ ki, tezdir. Ən yaxşı variantı həyata keçirmək istəyirik.

- Tahir Gözəlin oyunda olmaması nə ilə əlaqədardı?

- Tahir bəy hazırda işgüzar səfərdədir. Oyun boyu bizimlə əlaqə saxlayırdı. Matçda sonra komandanı təbrik etdi. O da qələbəyə görə çox sevinir.

- Qrup mərhələsində “Mançester Yunayted”lə eyni qrupda yer almaq istərdiniz?

- Çox şey istəyə bilərik. Püşk bizdən asılı deyil. Tək istəyim qrupdan çıxmaqdı. Pley-offa vəsiqə qazanmağımızı istəyirəm.

- Yeni transfer mümkündürmü?

- Bu, Qurban Qurbanovun səlahiyyətindədir. O, yeni oyunçu istəsə, rəhbərlik, sponsorlar lazımi şəraiti yaradacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail