Patrik Hikkinin günahkar olduğu aşkarlandı

24.08.2016 | 3586 dəfə oxunub

Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən yeni faktlar ortaya çıxıb

Rio-2016-da qanunsuz bilet alverində təqsirli bilinərək saxlanılan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən faktlar aşkarlanıb. Stadium.az xəbər verir ki, bunu Braziliyanın Rio-de-Janeyro şəhərinin polis idarəsindən açıqlayıblar. 

Eyni zamanda İrlandiya Olimpiya Komitəsinin rəhbəri olan 71 yaşlı funksioner daha 4 nəfərlə birlikdə həbsdə saxlanılır ki, onlardan biri İngiltərə “İpsviç” futbol klubunun rəhbəri Mark Evansdı. Braziliyalı müstəntiq Rikardo Barbosa keçirdiyi mətbuat konfransında Hikkinin məhz Evansla əlaqələr üzündən “ilişdiyini” bildirib: “Əlimizdəki dəlillər, ilk növbədə də elektron məktublar Patrik Hikkinin Mark Evansla əlaqədar olduğunu təsdiqləyir. Sonuncu THG şirkətinin rəhbəri, Hikki isə İrlandiya Olimpiya komitəsinin prezidentidi. Bütün qanunsuz bilet satışının təşkilatçısı da THG şirkətidi. Bu cinayətkarlar sisteminin əsas işi biletləri rəsmi qiymətindən daha yuxarı satmaqdı. Onlar bunu qonaqpərvərlik proqramı adı altında gizlədirlər”.

THG şirkətinin direktoru Kevin Mallonun həbsindən sonra daha da genişlənən istintaq Hikki və Evans daxil olmaqla 7 nəfərin saxlanılması ilə nəticələnib. Mallonun əlində yaxalanan yüzlərlə bilet arasında Olimpiya Oyunlarının açılış mərasimi üçün nəzərdə tutulanlar da olub. Nominal qiyməti 1400 dollar olan bu biletlər qara bazarda 8000 dollara satılması planlaşdırılıb.

 istintaq nəticəsində İrlandiya Olimpiya Komitəsinin daha 3 əməkdaşı da saxlanılıb. Bunlar nümayəndə heyətinin rəhbəri Kevin Kilti, baş katib Dermot Henihan və Stiven Martindi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail