Rəşad Sadıqov: "Bu qələbə bizə müsbət mənada kömək olacaq" - MÜSAHİBƏ

22.08.2016 | 2853 dəfə oxunub

“Qarabağ" - "Neftçi" matçından sonra Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqovun müsahibəsini təqdime dirik: 


- Bu qələbə komandaya necə təsir edəcək?

- Çox yaxşı olacaq. Bu qələbə bizə müsbət mənada kömək olacaq. Uşaqlar yaxşı mübarizə aparılar.

- “Göteborq” məğlubiyyətini unutdurdu?

- Əhval-ruhiyyəmiz yaxşıdı. Amma hesabda geridəyik. Rəqib bizi 1:0 hesabı ilə məğlub edib. Ağlımızdan çıxara bilmərik. Vəziyyəti öz xeyrimizə dəyişməliyik.

- “Göteborq” “Qarabağ”ı nədə üstələdi?

- Çoxlu hücumlar təşkil etsək də, fərqlənə bilmədik. Son zərbələr alınmırdı. Rəqib cərimə zərbəsində qol vurdu.

- “Viktoriya” ilə matçda yaşadığınızı “Göteborq”la qarşılaşmada da yaşadınız. Dino Ndlovu komandaya qoşulub. O hücum xəttindəki boşluğu doldura biləcəkmi?

- Ndlovu 3 aydır ki, futbol oynamır. Ondan nəsə tələb etmək düzgün deyil. Ona vaxt lazımdır ki, formasını bərpa etsin. Əlbəttə, “Viktoriya” qarşısında 90 dəqiqə üstün oynadıq, amma 84-cü dəqiqədə qol buraxdıq. “Göteborq”la matçda da üstün tərəf biz idik. Rəqibin futbolçusu cərimə zərbəsindən “doqquzluğ”u dəqiq nişan aldı və qələbə qazandılar. Ardıcıl iki psixoloji zərbə aldıq. Belə şeyləri unutmaq ağırdır. İdmançı həyatı belədir ki, bu gün uduzdunsa, sabah oyuna çıxmalısan.

- “Qarabağ”a qrupa düşərək tarix yazması üçün nə lazımdır?

- Allahın köməkliyilə bunu bacararıq. (qafqazinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail