Toğrul Əsgərov: "Xalçanı görmürdüm" - MÜSAHİBƏ

21.08.2016 | 3191 dəfə oxunub

Rio Olimpiadasının son günündə sərbəst güləş yarışlarında 65 kq çəki dərəcəsində gümüş medal qazanan Toğrul Əsgərov final görüşündən sonra müsahibə verib:

- Təbrik edirik, ardıcıl ikinci Olimpiya medalını qazandın. Gümüş medal da yaxşı nəticədir. Sənin təəssüratların necədir?

- Dörd ildən bir keçirilən turnirdən medalsız qayıtmıramsa, sevinməliyəm. Ancaq istərdim ki, qızıl olsun. Finaldan əvvəlki görüşlərim daha çətin idi. Ancaq qalib gələ bilmişdim. Finalda isə başlayan kimi rəqibin başı almacıq sümüyümə dəydi, gözüm qaraldı. Xalçanı görmürdüm. Özüm də anlamadım ki, nətər oldu, necə oldu? Hər şey bir anda baş verdi.

- Hər kəs üçün maraqlı idi ki, finala qədər olduqca asan irəliləyən Toğrul həledici görüşdə niyə belə çıxış etdi?

- Dediyim kimi. O zərbədən sonra o qədər özümü itirdim ki, hətta həkimlərə də müraciət edə bilmədim.

- Səncə rəqib bilərək vurdu səni, ya təsadüfən?

- Təsadüfən oldu. Ancaq bu təsadüf də onun xeyrinə işlədi. Yarımfinalda qalib gəldiyim sonuncu dünya çempionu idi və çəkinin ən güclüsü o idi. Ancaq final sadəcə uğursuz alındı.

- Sən özün gümüş medalı necə dəyərləndirirsən?

- Sevinirəm ki, ən azı ikinci dəfə ardıcıl medal qazanıram. Əgər medalsız qayıtsaydım, çox heyfslənərdim. Neçə ildi çəkdiyim əziyyət hədər olardı. Ancaq “qızıl”ı da əldən verdim. Bunu da özümə bağışlamaq çətin olacaq.

- Hələ çox gəncsən, karyeran qabaqdadı. Səni Tokio Olimpiadasında da gözləyəkmi?

- Zaman hər şeyi göstərəcək.

Qabil MEHDİYEV, Riodan



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail