Qurban Qurbanov: "Oyunçunun qol vurmağı 11-likdə yerini təmin etməsi demək deyil" - MÜSAHİBƏ

21.08.2016 | 3411 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Neftçi"yə qalib gəldikləri oyundan (3:0) sonra jurnalistlərə müsahibə verib:

- Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandılar. Sona kimi mübarizə apardılar. Fikrimcə, üzərlərində çox işləməlidilər. Azarkeşlərimizə təşəkkür edirəm, bu matçda bizə dəstək oldular.

- “Göteborq”la oyunun hazırlıqları necə gedir?
- Hazılıq prosesinə bu oyundan sonra başlayacaq. Bir az yorğunluq var idi, ona görə də bəzi futbolçularımıza istirahət vermişdik, sabahdan məşqlərimizə start verəcəyik.

- Əl-Jadeyuini göndərmək istəyirdiniz. Bu oyundan sonra onunla bağlı fikirləriniz dəyişməyib?
- 1 oyuna görə futbolçuya qiymət vermək lazım deyil. Həm də limitlə bağlı bütün futbolçulara şans verə bilmirdik. Avropa Liqasının qrup mərhələsinə görə 2 heyət yığmışdıq. Onun yaxşı oynaması borcudu. Biz onun potensialını görüb dəvət etmişik. Oyunçunun qol vurmağı 11-likdə yerini təmin etməsi demək deyil.

- Bu qədər təzyiq komandaya pis təsir etmir?
- Xeyr, buna normal yanaşıram. Hamı istəyir ki, qrupa düşək. Amma bizdən asılı olmayan səbəblər var. Maksimum düzgün hazırlaşırıq. Ötən matç məğlub olsaq da, futbolçularımdan razı qaldım. Bəzən nə qədər yaxşı oynasaq da, bu, bəs etmir. Yaxşı oynayıb, məğlub oluruqsa, demək ki, qalib gəlməyə ümid var.

- “Höteburq”la ilk matçda qapıya xeyli sayda zərbə endirmişdiniz. Hücumlarınızın məntiqi sonluqla başa çatmamasının səbəbi nədi? Həmçinin, yeni transfer Dino Ndlovun sanki çəki problemi var, yoxsa onun görünüşü elədi?
- Qapıya xeyli zərbə endirsək də, qol olmadı. Deməli, daha dəqiq olmaq lazımdı. Fürsətlərdən maksimum yararlanmalıyıq. O ki, qaldı Dinoya, onun quruluşu belədi. Bu gün tam hazır deyil, bəli çəkisi 1-2 kq artıqdı. 

- Cavab matçında o da iştirak edəcək?
- Ən azı 18-likdə olacaq. İstərdim ki, hazır olsun. Oynamaq ehtimalı böyükdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail