Radik İsayev: "O hissləri tam olaraq ifadə etmək olmur" - MÜSAHİBƏ

21.08.2016 | 5822 dəfə oxunub

Taekvondo yarışlarında Azərbaycana tarixində ilk Olimpiya çempionluğunu qazandıran Radik İsayev mükafatlandırma mərasimindən sonra qısa açıqlama verib. Stadium.Az xəbər verir ki, Rio Olimpiadasında ilk qızıl medalımızın da sahibi olan idmançı bu qələbəsindən çox qürur duyduğunu bildirib.

- Nə düşünürsən? Olimpiya çempionu olmaq necə hissdir?

- Hələlik hiss elədiyim sadəcə ayaqlarımın ağrısıdır. İlk döyüşdən ağrıyırdı.

- Hər idmançı döyüşə çıxmamışdan qabaq öz-özünə söz verir ki, mən çempion olacam. Sən necə düşünürdün?

- Mən elə demirəm. Sadəcə çıxıram, bacardığımın ən yaxşısını edirəm. Orda artıq situasiyaya görə dəyişir. Özümə “çıxım mütləq çempion olacam” deyə bilmərəm.

- Rəqibin kimliyini biləndən sonra nə hiss etdin?

- Heç nə. Fərqi yox idi. Sadəcə başladım hazırlaşmağa.

- Məsələn, biləndə ki, ilk rəqib kimdi, onda nə düşündün?

- Biz onsuz da hamımız bir-birimizi tanıyırıq. Hətta əlavə nəsə araşdırmağa da gərək yoxdu. İdmandı, biri udur, digəri uduzur.

- Kimə həsr edirsən qələbəni?

- İlk azarkeşimə - anama. O, mənim medallarımı yığır. Bunun üçün otaq da ayırıb. Mənim kolleksionerim odur. Onun üçün turnirin fərqi yoxdu, dünya çempionatı, Avropa çempinatı və ya Olimpiada.

- Bayrağımızı ən yüksəkdə görəndə, insanlar “Radik! Radik!” qışqıranda nə hiss edirdin?

- Sadəcə qürur duyurdum. O hissləri tam olaraq ifadə etmək olmur.

- Maraqlıdı ki, sən medalı Olimpiadanın sonlarında qazandın... Həm də bu ilk qızılımız idi...

- Hələ Lorenzo da var (boksçu Lorenzo Sotomayor (64 kq) - red.). Ona da uğurlar arzulayıram. Finaldadır, inanıram ki, uğur qazanacaq. Başqa nə deyə bilərəm ki? Qızıl haqqında düşünmürdüm, məqsədim hər-hansı mükafat qazanmaq idi. Ancaq ardıcıl uğurlar gəldi, axırda da Azərbaycanın himnini dinlədik.

- Finaldakı rəqibin çox güclü idi, ancaq sən əla mübarizə apardın...

- Məşqçilərin tapşırıqlarını yerinə yetirdim və uğur qazandım.

- Maraqlıdır ki, döyüş vaxtı məşqçilərin kənardan verdiyi tapşırıqları eşidirsən?

- Ancaq ən yaxınımdakı məşqçini eşidirəm. Zalı isə eşitmirəm.

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail