Rio-2016: Hacı Əliyev və Cəbrayıl Həsənov bürünc qazandı - YENİLƏNİB

20.08.2016 | 5792 dəfə oxunub

Rioda keçirilən Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına start veriləcək. Stadium.Az xəbər verir ki, ilk olaraq 57 kq və 74 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək

Azərbaycanı bu çəkilərdə Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (74 kq) təmsil edəcək.

Sərbəst güləş

57 kq
1/8 final. Hacı Əliyev – Yunsik Yun (Cənubi Koreya)

***

Hacı rəqibini 12:2 hesabıyla məğlub edib. Əliyev 1:4 finalda gürcüstanlı idmançı Vladimir Xinçeqaşvili ilə üz-üzə gələcək. Görüş saat 18:04-də start götürəcək.

***

London-2012-nin finalçısı olan Xinçeqaşvili bu dəfə də həlledici mərhələyə yüksəldiyindən, Hacı "bürünc" üçün təsəlliverici görüşlərə qatılacaq. Güləşçimiz ilk təsəlliverici görüşündə Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayacaq.

***

Güləşçimiz təsəlliverici görüşlərin ikinci raundunda Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb. Rəqibinə 10:8 hesabı ilə qalib gələn pəhləvanımızı bürünc medal uğrunda bolqarıstanlı Vladimir Vladimirovla güləşib. Qarşılaşmanın gedişində geri düşən idmançımız sonradan təşəbbüsü ələ alıb. İkinci periodda 5:4 hesabı ilə irəlidə olarkən rəqibinin kürəyini xalçaya vurmağı bacaran Hacı təmiz qələbə ilə bürünc medal qazanıb.



74 kq
1/8 final. Cəbrayıl Həsənov – Karlos Arturo İzkierdo Mendeş (Kolumbiya).

***

Cəbrayıl cütün taleyini ilk hissədəcə həll edib - 10:0.  O, 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) - Georgi İvanov (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

***

Cəbrayıl elə ilk hissədəcə aktivinə 11 xal yazaraq qarşılaşmanı vaxtından əvvəl bitirib. Bununla da Cəbrayıl yarımfinala yüksəlib. 

***

Cəbrayıl yarımfinalda rusiyalı güləşçi Aniuar Qeduyevə məğlub olub. Gəsənov bununla da bürünc medal uğrunda güləşəcək.

***

Həsənov bürünc medal üçün mübarizə aparacaq. Onun medal uğrundakı rəqibi özək güləşçi Bexzad Abdurrahmanov olub. Cəbrayıl rəqibinə 9:7 hesabıyla qalib gələrək bürünc medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail