CBC Sport " Qəbələ"nin ouununa görə üzr istədi

29.07.2016 | 3350 dəfə oxunub


Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Lill" - "Qəbələ" matçının (1:1) yayımı 86-cı dəqiqədə dayanıb. 

Stadium.az xəbər verir ki, oyunu canlı yayımlayan "CBC Sport" telekanalı bununla bağlı açıqlama yayıb. 

Açıqlamada deyilir: "Hörmətli "CBC Sport" tamaşaçıları, bizdən asılı olmayan səbəblərə görə "Lill" - "Qəbələ" oyununun yayımı 86-cı dəqiqədə dayandı.

Fransalı həmkarlarımızın Lill şəhərindən ötürdüyü siqnalda texniki problemlər yarandığı üçün matçı sonadək təqdim edə bilmədik. 

Buna görə, sizdən üzr istəyirik. Ancaq Fransa tərəfi ilə danışıqlardan sonra sabah bütünlükdə oyunun yayımını təqdim etməyə çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail