Teo Uiks: "Bu, bir şans idi"

29.07.2016 | 3977 dəfə oxunub

"Çətin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Amma səfərdən heç-heçə ilə ayrılırıq". Stadium.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun hücumçusu Teo Uiks Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu səfərdə "Lill"lə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib. 

İlk hissədə qol imkanını boşa verən futbolçu həmin epizodu belə şərh edib: "Bu, bir şans idi. Amma istifadə edə bilmədim. Razıyam, vursaydım, oyun başqa hesabla bitəcəkdi. Buna baxmayaraq, özümü xoşbəxt hiss edirəm. Çünki burdan yaxşı nəticə ilə qayıdırıq". 

Uiks fasilədən sonra oyunlarının istədikləri kimi alınmamasına da aydınlıq gətirib: “İkinci hissədə oyunumuz alınmadı. Çünki rəqib evdə oynayırdı. Motivasiyaları var. İstəyirdilər ki, nəticəni xeyirlərinə dəyişsinlər. Yenə deyirəm, bu nəticə bizim üçün yaxşıdır”. 

Vurduğu 5 qolla Avropa Liqasının bombardirləri sırasında yer alan Uiks qarşıdakı görüşlərdə də qol vuracağına inandığını bildirib: “Əlbəttə, belə başlanğıc yaxşı motivasiyadı mənim üçün. Ona görə də qarşıdakı oyunlarda yenə qollar gözləməyə dəyər. Üzərimdə təzyiq hiss etmirəm. Cavab görüşünə gəlincə doğma meydanda oynayacağıq. Ona görə də mütləq qələbə qazanmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail