"Fənərbaxça"dan "Valensiya"ya

29.06.2016 | 3808 dəfə oxunub

“Fənərbaxça”nın ulduz futbolçusu Luiş Nani “Valensiya”ya transfer olunub. Stadium.Az xəbər verir ki, Portuqaliya yığmasının aparıcı futbolçularından biri hesab olunan Nani növbəti mövsüm İspaniya çempionatında çıxış edəcək. Bu barədə türk klubunun prezidenti Əziz Yıldırım məlumat yayıb.

Futbolçunun transfer qiyməti 8.5 milyon avrodur. Məlumata görə, Nani Türkiyəni özü tərk etmək istəyib. Portuqaliyalının Türkiyədə son zamanlar terror aktlarına görə ailəsinin təhlükəsizliyi üçün İspaniyaya köçdüyü deyilir. Nani Avropa çempionatı bitəndən sonra yeni komandasına qatılacaq. 

Luiş Nani 2007-ci ildən 2015-ci ilədək “Mançester Yunayted”in şərəfini qoruyub. Daha sonra “Sportinq”ə transfer olunub. Lakin qısa müddətdən sonra “Fənərbaxça”ya keçib. Portuqaliya millisi Avropa çempionatında Nani ilə ¼ final mərhələsinə yüksəlib. Yığma komanda Polşa ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail