"Daçiya"nın prezidenti Azərbaycan xalqından üzr istədi

28.06.2016 | 4191 dəfə oxunub

Moldovanın "Daçiya" klubu rəsmi saytında Bakının Mərdəkan qəsəbəsi ilə bağlı yol verilən yanlışlıq aradan qaldırılıb.

Stadium.Az xəbər verir ki, klubun prezidenti Adlan Şişxanov mətbuat xidməti tərəfindən buraxılmış səhvlə əlaqədar Azərbaycan xalqından üzr istəyib.

Şişxanov klubun rəsmi saytına açıqlamasında bunları deyib: "Saytımızdakı yanlışlığa görə bütün Azərbaycan xalqı və "Kəpəz" azarkeşlərindən üzr istəyirəm. "Daçiya" heç vaxt siyasətlə məşğul olmayıb. Bu kobud və ağlasığmaz qəbahətlə bağlı bizi bağışlamağınızı xahiş edirik. Biz heç bir halda heysiyyata toxunmaq istəməzdik".

Klub və rəhbərlik isə belə yanlışlığa yol verməklə heç bir sətiraltı və gizlin təxribat güdmədiklərini bəyan edib: "Biz Bakıya bunun üçün gəlməmişik. Bununla yanaşı, bizə düzgün informasiyanın verilmədiyini də istisna etmirik. Sözsüz ki, biz rəqibimizə və bütün Azərbaycan xalqına hörmətlə yanaşırıq. Ona görə də xoşagəlməz insidentlə əlaqədar üzrxahlığı vacib sayır və ümid edirik ki, bu, ənənəvi dostluq münasibətlərimizə təsir etməyəcək".

Qeyd edək ki, "Kəpəz" klubunun rəsmi etiraz məktubundan sonra "Daçiya"nın rəsmi saytındakı yanlışlığa düzəliş edilib.

"Daçiya"nın rəsmi saytı daha öncə "Kəpəz"lə oyunun keçiriləcəyi "Dalğa Arena"nın yerləşdiyi Mərdəkan qəsəbəsini erməniəsilli məkan "Makrudyan" kimi təqdim etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail