"Qalatasaray" 3-ün yollayıb, 1-in gətirdi

28.06.2016 | 3977 dəfə oxunub

Türkiyənin "Qalatasaray" klubu 3 futbolçusu ilə yollarını ayırıb. Stadium.Az xəbər verir ki, İstanbul klubu bununla bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, klub Bilal Kısa, Sercan Yıldırım və Furkan Özçalla yollarını ayırıb. Onların müqavilələri qarşılıqlı anlaşmaya əsasən vaxtından əvvəl pozulub. Bu arada "Qalatasaray" klubu artıq yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

İstanbul təmsilçisi "Bursaspor"da çıxış edən Serdar Azizlə anlaşıb. Bunu futbolçunun meneceri Haluk Canatar açıqlayıb. Ancaq 25 yaşlı oyunçunun meneceri müqavilənin detalları barədə məlumat verməyib. 

Türkiyə millisinin üzvünün xidmətində "Qalatasaray"ın əzəli rəqibi "Fənərbaxça" da maraqlı idi. Həmçinin son Türkiyə çempionu "Beşiktaş" da Serdarla ciddi maraqlanırdı.

Serdarla 4 illik müqavilə imzalayan "Cim-Bom" Hüqo Rodalleqa ilə anlaşıb. "Qalatasaray" "Akhisar Bələdiyyəspor"da oynayan futbolçu ilə 2+1 illik anlaşma əldə edib. Bu transferə görə "Qalatasaray" qarşı tərəfə 1,8 milyon avro ödəyəcək. 

"Akhisar Bələdiyyəspor"un ötən il "Fulhem"dən transfer etdiyi Hüqo Rodalleqaya "Transfermarket" 3,6 milyon avro qiymət qoyub. Ötən mövsüm 37 rəsmi oyuna çıxan 30 yaşlı kolumbiyalı hücumçu 21 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail