"Zirə"də məşqçi dəyişikliyi

25.06.2016 | 2929 dəfə oxunub

“Zirə” rəhbərliyi klubun inkişaf etdirilməsi və istedadlı yenitetmə və gənclərin perspektivinin açılması baxımından vacib qərarlar qəbul edib.
 
Stadium.Az xəbər verir ki, yeniliklər barədə bu gün keçirilən mətbuat konfransında məlumat verilib. 
 
Ən yaxın ehtiyat qüvvə hesab edilən U-19 komandasının və əvəzedici heyətin inkişaf etdirilməsi, əsas komanda ilə eyni sistemdə çalışması üçün bu 3 komanda vahid xətt üzrə hərəkət edəcək. Bu məqsədlə klubda bəzi məşqçi dəyişikliyi edilib. Əsas komandanın məşqçiləri Ayxan Abbasov və Elnur Codarov müvafiq olaraq, əvəzedici heyət və U-19 komandasına baş məşqçi təyin olunub. Kamen Vasilyev əvəzedici komandanın məşqçisi kimi işini davam etdirəcək. Zaur Həşimov isə əsas komandada məşqçi vəzifəsinə təyin  olunub. 

Bu dəyişikliklərdən sonra U-19, əvəzedici heyət və əsas komanda baş məşqçi Adil Şükürovun rəhbərliyi ilə, ötən il onunla bərabər çalışmış məşqçilər tərəfindən hazırlaşacaqlar. Birgə fəaliyyətdə Elnur Codarovun əvəzedici heyətə, Ayxan Abbasovun da əsas komandaya yaxın olması, məşqlərdə iştirakı nəzərdə tutulub. Hər üç məşqçi Adil Şükürovun rəhbərliyi altında bu komandalarda bərabər çalışacaq.

"Zirə"nin yeni kapitanı da müəyyənləşib. Yeni mövsümdən “qartallar”ı meydana kapitan sarğısında Elvin Məmmədov çıxaracaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail