Ağabala Ramazanov : "İkinci hissədə toparlana bildik"

30.05.2016 | 3125 dəfə oxunub

"Oyundan öncə baş məşqçi Robert Prosineçki Makedoniya ilə daha öncə 5 dəfə qarşılaşdığımızı, bunların 4-də uduzduğumuzu və cəmi bir matçın heç-heçə bitdiyini dedi. Düzdü, bu görüşlərin heç birində mən iştirak etməmişəm, ancaq motivasiyamız yüksək idi". 

Stadium.az-ın məlumatına görə, bu sözləri millimizin hücumçusu Ağabala Ramazanov Makedoniyaya uduzduqları yoxlama görüşündən sonra deyib. 
 
A.Ramazanov komandasının ilk hissədə zəif oynadığını bildirib: "Oyuna yaxşı da hazırlaşmışdıq. Ancaq ilk yarıda çox zəif oynadıq. Səbəbini söyləmək çətindir. Bunu baş məşqçi bilər. Ancaq ikinci hissədə toparlana bildik, qol vurduq. Hətta mənim də qol vurmaq imkanım oldu, amma yararlana bilmədim. Düşünürəm ki, buna təcrübəm çatmadı". 

Bakı "İnter"inə keçidi ilə bağlı danışan millimizin üzvü bunları bildirib: "Bir neçə təklif var idi. Ancaq sonda “İnter”i seçdim. Düşünürəm ki, seçimimdə yanılmadım. Çünki bu komandada yerli futbolçulardan ibarət yaxşı kollektiv var. İnanıram ki, bu il çempionluq uğrunda mübarizə aparacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail