Namiq Ələsgərov: "Məni "Qarabağ"da nə gözlədiyini bilirəm" - MÜSAHİBƏ

29.05.2016 | 4197 dəfə oxunub

Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərov Avstriya toplanışı çərçivəsində Makedoniyaya qarşı yoxlama oyunu öncəsi müsahibə verib:

- Zədənizi sağaltmısınız?
- "Zirə" ilə oyunda köhnə zədəm özünü göstərdi. Bir neçə gün istirahət etdim. Artıq iki gündür məşq edirəm. Hər şey qaydasındadır.

- Yəqin ki, buna görə sizi Makedoniya ilə oyunda start heyətdə görməyəcəyik...
- Demək çətindir. Ola bilsin ki, elə oldu. İstənilən halda Makedoniya ilə oyunda da olmasa, Kanada ilə görüşdə bir az oynamaq istərdim.

- Andorraya qalib gələ bilməyən millimiz Makedoniyanı məğlub edə biləcək?
- Andorraya qalib gəlmək istəyirdik. Belə bir rəqibə qalib gəlmək lazımdır. Amma heyətdə çoxlu yeni oyunçu var. Məşqçilər korpusu məhz onları meydanda görmək istəyirdilər. Əsas məqsəd ehtiyat qüvvəni yoxlamaq idi. Makedoniya ilə oyundan da yaxşı nəticə gözləyirik.

- Rəqib güclüdür. Makedoniya ilə də heç-heçə normal nəticə sayıla bilər?
- Xeyr. Bizim üçün yaxşı nəticə qələbə qazanmağımız olacaq.

- "Kəpəz"lə icarə müqavilənizin müddəti bitib və "Qarabağ"a qayıtmısınız. Bu komandadakı rəqabətə hazırsınız?
- Məni "Qarabağ"da nə gözlədiyini bilirəm. Amma bunu istəyirəm. Komandada öz yerimi tutmaq istəyirəm.

- Çətin ki, Qurban Qurbanov Çempionlar Liqasında heyətlə bağlı eksperimentlərə əl atsın...
- Hədəfim əsas heyət üzvü olmaqdır. Buna nə qədər tez nail olacağımı zaman göstərəcək. Amma mən Çempionlar Liqasında oynamaq istəyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail