Rioya daha bir vəsiqə

29.05.2016 | 3190 dəfə oxunub

Azərbaycan Olimpiadaya daha bir lisenziya qazanıb. Stadium.Az xəbər verir ki, Olqa Senyuk ölkəmizi Rio-2016-da oxatma yarışında təmsil edəcək.

Belə ki, bu yaxınlarda İngiltərədə keçirilən Avropa çempionatında 25 yaşlı idmançımız bu hüquqa yiyələnib. Qitə birinciliyinin ilk mərhələsində Senyuk və Yaylagül Ramazanova mübarizəni dayandırıb. Daha sonra yarışdan erkən kənarda qalanlar 3 lisenziya uğrunda qüvvəsini sınayıb. Ramazanova startda moldovalı Aleksandra Mirkaya uduzub - 2:6. Ancaq Olqa isveçrəli Natali Dielen (7:1), sloveniyalı Ana Umer (6:5) və isveçrəli Valentin de Giuli (7:1) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Oxatanımız türk Yasemin Anagözə (0:6) məğlub olsa da, belaruslu Anna Marusovaya (6:2) qalib gələrək 3-cü yeri tutub və Olimpiya Oyunlarına vəsiqə qazanıb. Bununla da Senyuk ölkə idman tarixinə adını yazdırıb. Belə ki, buna qədər Olimpiadalarda bu idman növündə təmsil olunmamışıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail