"Qarabağ" - "Neftçi" oyunundan sonra polislərin ağdamlı azarkeşlərə qarşı zorakılığına niyə göz yumulur? VİDEO

26.05.2016 | 6836 dəfə oxunub

Dünən baş tutan "Qarabağ" - "Neftçi" oyunundan sonra yaşananlar sanki bir faciə dramı, döyüş səhnəsi idi. Mətbuat konfransına getməli olduğum halda, "İmarət" tribunasında yaşananları görüb, üz tutdum o istiqamətə. Polis bariyerlərin aşıb azarkeşlər olan yerə çatanda artıq, fanatlar, başqanları “Qarabağ”ın prezidenti Tahir Gözəlin çevrəsindəydilər. Hər kəs həyəcan qoparan səs tonunda danışırdı. Geriyə dönüb, səkidə yerə sərilmiş, göz yaşlarına boğulan o körpəni görüncə hər şey aydın oldu. Bəli, bəli o körpəni, yalnış oxumadınız, məhz o körpəni. Yaşı 15 dən yuxarı olmayana başqa nə ad verəsən axı?

Bu 15 yaşlının adını körpə qoydum, amma o adını körpə qoyduğum, həqiqətdə isə gələcəyin əsgərini, əsil kişisini döyən, üzdəniraqlara nə ad qoyacağımı bilmədim.

Azyaşlı körpənin, göz yaşlarına boğularaq mənə verdiyi cavablar həqiqətən ürək ağrıdan səhnə idi. (ətraflı videoda)

Bu məqamda bir qədər uzaqda dayanan kütləyə təcili yardım maşınının yaxınlaşdığını gördüm. Yaxınlaşdığımda, gördüyüm mənzərə daha da, acınacaqlı idi.

Yaşı heç 10-u haqlamayan azyaşlını "İmarət azarkeş qrupu"nun üzvləri çətinliklə təcili tibbi yardım maşınına mindirdilər. İlkin tibbi yardımdan sonra, həkimlərin qərarı bu oldu, "azyaşlı uşaq xəstəxanaya aparılmalıdır". 

Şahid olduğum 2 xəsarət almış az yaşlının vəziyyəti bu halda idisə təsəvvur edin, daha əvvəl ağır xəsarət alaraq təcili yardım maşınları ilə aparılanlar hansı halda olublar?!

Axı səbəb nədir? Bu azarkeşin, bu azyaşlının döyülmə səbəbi nədir? Klubuna olan aşırı sevgisimi? Kaş ki, onun futbol klubuna olan sevgisinin zərrəsi qədər səndə, bu ölkəyə, bu ölkənin vətəndaşına qarşı olaydı, ay o paltarı geiyinib, əlinə dəyənək alan şərəfsiz!..

Olsaydı, siz bu şərəfsizliyi etməzdiniz. Son qəpiyi ilə oyuna gələn, şuar hazırlayan, il boyu yağış, qar demədən klubunun yanında olan bu kişilərin haqlarına az girin, əsəblərini az tarıma çəkin, sevinclərin göz yaşlarına az bulayın, boğun. Onların bu ah-naləsi çoxda yerdə qalmaz. Hələ də gec deyil, ayılın, "kişilər", ayılın!..

Ölüm olmadan heç olmazsa ayılın. Sonra çox gec ola bilər. Hansısa xətanız bu kütləni sizə qarşı sel kimi gətirə bilər. O zaman isə siz bu selin, daşqınnın qarşısında tufandan sonra küçələrdə qalan odun, çör-çöp, qırılmış ağacın kiçik budaqları kimi su üzərində gəzirmiş kimi qala bilərsiz... Heç olmasa özünüzə yazığınız gəlsin. Bu alçaq əməllərinizlə insanlarda dövlətə, ölkəyə qarşı kin yaratmayın!

Xanoğlan İmanov
 

_

__

___ ___ ___



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail