"Rəvan"ın futbolçusu: "Lənkəranlı azarkeşlərdən penaltiyə görə üzr istəyirəm”

22.05.2016 | 6139 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 36-cı turunda “Rəvan” “Xəzər Lənkəran”la qarşılaşıb. Stadium.Az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçın sonunda gərgin anlar yaşanıb.

Oyunun 72-ci dəqiqəsində baş hakim Ramil Diniyev cənubluların qapısına penaltin təyin edib. Həmin epizodda Ruslan Tağızadə və Tural Cəlilov arasında olan mübarizəni yanlış dəyərləndirən referi 11 metrlik nöqtəni göstərib.

Tağızadə oyundan sonra həqiqətən də penalti olmadığını bildirib: “Oyundan sonra penalti epizoduna baxdım. Orada heç bir qayda pozuntusu yox idi. İstəməzdim ki, belə olsun. Həmin an heç nə düşünmək olmur. Meydanda gərgin mübarizə gedirdi. Həmin epizodda bilmədim 11 metrlik cərimə zərbəsi var idi, ya yox idi. Kənardan daha yaxşı bilinir. Lənkəranlı futbolçular çox üzüldü. Bunu anlayıram. Amma məndə günah yoxdur. O penalti verilməsəydi, mən də, komanda yoldaşlarım da pis olacaqdı. Lakin oyunda bilmədim ki, 100 faiz penalti deyil. Lənkəranlı azarkeşlərdən penaltiyə görə üzr istəyirəm”. (Qafqazinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail