“Qəbələ” qapıçsı ilə müqavilə yenilədi

22.05.2016 | 4262 dəfə oxunub

“Qəbələ” qapıçısı Dmitri Bezotosnı ilə müqavilə müddətini uzadıb. Stadium.Az xəbər verir ki, ukraynalı futbolçu ilə bir illik müqavilə imzalanıb. 

Əvvəlki müqaviləsi 2015-2016-cı illər mövsümünün sonunda başa çatan 32 yaşlı qolkiper daha bir il “qırmızı-qara” formanı geyinəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016-2017 mövsümünün sonunda başa çatacaq.

Xatırladaq ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin şərəfini qoruyan Bezotosnı komandanın heyətində 2014-2015 və 2015-2016 mövsümlərində Premyer Liqanın bürünc mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 61 matçda 41 qol buraxıb. Ukraynalı qapıçı Premyer Liqada 43 oyunda 23, Azərbaycan kubokunda 6 matçda 7, Avropa Liqasında 12 qarşılaşmada 11 dəfə qapısında qol görüb. Dmitri 2015-2016-cı illər mövsümündə Premyer Liqada ən çox “quru” oyun keçirən qapıçıdır. O, meydana çıxdığı 28 matçın 18-də qapısını toxunulmaz saxlayıb. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail