Premyer Liqada ən aşağı göstərici

21.05.2016 | 3792 dəfə oxunub

Premyer Liqanın başa çatan 2015/16 mövsümündə 390 qol vurulub. Stadium.Az xəbər verir ki, keçirilən 36 turun 180 matçındakı orta məhsuldarlıq 2,17-yə bərabər olub. 

Bu, ölkə çempionatlarında 3 ən aşağı göstəricidən biridir. 2010/11 mövsümündə 1,98, 2009/10 mövsümündə 2,04-lə ifadə edilən orta məhsuldarlıq digər çempionatlarda daha yüksək olub.

Başa çatan mövsümdə “Qarabağ” hamıdan çox – 66, “Xəzər Lənkəran” ən az – 16 qol vurub.

“Qarabağ” hamıdan az – 21 top buraxıbsa, “Rəvan”da bu rəqəm üçqat çoxdur – 63.

“Sumqayıt”la “Rəvan”ın keçirdiyi görüşlərdə daha çox – 90 qol vurulub. AZAL-ın iştirakı ilə keçirilən matçlarda 64 qol qeydə alınıb.

Mövsümüm qollarından 221-nə meydan sahibləri, 169-na qonaqlar imza atıblar.

Öz meydanında 40 qol vurub, 6-nı buraxan “Qarabağ” hər iki göstəricidə hamıdan yaxşıdır. “Xəzər Lənkəran” evdə 9 qol vurubsa, “Rəvan” 30-nu buraxmaqla ən aşağı göstəriciyə malikdir.

Səfərdə “Qarabağ” 26 qol vurubsa, “Xəzər Lənkəran”la AZAL hərəyə 7 dəfə fərqləniblər. Rəqib meydanında ən az qol buraxan 4 komanda – “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” hərəsi 14 topa üzülüb. Ən pis göstəriciyə malik “Rəvan” rəqib meydanlarında 33 qol buraxıb.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail