Əmrah Çəlikəl: " Kuboku Ağdama aparmaqla bağlı danışığımız olub" - MÜSAHİBƏ
“Qarabağ”
ardıcıl olaraq üçüncü mövsümdür ki, Azərbaycan çempionu olur. Stadium.Az xəbər
verir ki, çempionluğun rəsmiləşdiyi “Zirə” üzərində 2:0 hesablı qələbədən sonra
komandanın idman direktoru Əmrah Çəlikəl jurnalistlərin suallarını
cavablandırıb:
- Artıq ardıcıl üçüncü mövümdür ki, çempion oldunuz. Təəssüratlarınızı bilmək maraqlıdır...
- Qələbəyə görə bizi təbrik edən hər kəsə təşəkkür edirik. Komanda bacardığı qədər yaxşı oyun göstərməyə çalışır. Bu il də ölkəmizi Avropada layiqincə təmsil etməyə çalışacağıq.
- Tahir Gözəlin oyuna gəlməməsi nə ilə
bağlıdı?
- Tahir bəy ölkə xaricindədi. Oyun zamanı mütəmadi əlaqə saxlayırdıq. O da öz təbriklərini komanda üzvlərinə və azarkeşlərimizə çatdırdı. Gələcək oyunlarda komandanın yanında olacaq. Təbii ki, işlərlə uyğunluq olarsa.
- Komanda hansı şəkildə
mükafatlandırılacaq? Konkret məbləğ açıqlaya bilərsinizmi?
- Təbii ki mükafatlandırılma olacaq. Hər zamankı kimi uşaqların zəhmətinin qarşılığı veriləcək. “Qarabağ” elə bir komandadır ki, burada heç zaman kimsənin əziyyəti mükafatsız qalmayıb.
- Yeni
transferlərlə bağlı axtarışlara başlanılıbmı?
- Hələ çempionatın başa çatmasını gözləyirik. Mövsüm bitdikdən sonra bu sahədə işlərə başlayacağıq. Bu da baş məşqçimizin öhdəsində olacaq işdi. Qurban müəllim transfer məsələlərinə çox həssas yanaşır.
- Çempionluq kubokunu Ağdama aparmağı
düşünürsünüzmü?
- Kuboku Ağdama aparmaqla bağlı
danışığımız olub. Amma konkret qərar verməmişik. Qərar konkretləşdikdən sonra
açıqlama verəcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |