Tərlan Əhmədov: "Çalışacağıq Avroliqaya vəsiqəni “Neftçi”ylə oyunda həll edək”

30.04.2016 | 3820 dəfə oxunub

AZAL Azərbaycan Premyer Liqasının XXXII turunun oyununda doğma meydanda “Xəzər Lənkəran”a 1 cavabsız qolla qalib gəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Tərlan Əhmədov qarşılaşma barədə danışıb:

“Asan oyun olmur. Hər qələbə üçün əzmkarlıq göstərmək lazımdır. Çempionatın sonu  yaxınlaşır, gərginlik də artıq. “Rəvan”a məğlubiyyət işimizi çətinləşdirmişdi. O oyunda ən azı bir xal qazanmaq lazım idi. Ancaq bu gün nəticəyə oynadıq və qələbə qazandıq. İlk 15 dəqiqədə “Xəzər Lənkəran” bizə sürpriz yaşatdı. Onlardan bunu gözləmirdik. Biz ancaq bu oyunu düşünürdük və sırf nəticəyə oynayırdıq. Bundan sonra “Neftçi” barədə düşünəcəyik. O oyuna da 3 xal üçün çıxacağıq və ən pis halda məğlub olmayaq. 3 xal qazansaq onlardan bir qədər də uzaqlaşa bilərik. Çalışacağıq Avroliqaya vəsiqəni “Neftçi”ylə oyunda həll edək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail