Xaqani Məmmədov: "Əliyar Ağayev mövsümün sonuna kimi istirahət edəcək" - MÜSAHİBƏ

30.04.2016 | 4786 dəfə oxunub

Ötən gün AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov KİV nümayəndələri üçün mətbuat konfransı keçirib. Stadium.Az mətbuat konfransını tam olaraq müsahibə halında sizə təqdim edir:

- Özünüz də şahidi olduz ki, Premyer Liqanın son turunun və Ölkə Kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmalarında qeydə alınan mübahisəli hakim qərarların çahidliyinizlə müzakirə etdik. Sadəcə vaxt azlığından bir qədər qısa oldu. İndi də qərara alıdıq ki, ölkənin aparıcı hakimləri olan Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev, Orxan Məmmədov və Rauf Cabbarovla birlikdə suallarınızı cavablandıraq. Bundan öncə isə bəzi məsələlərə toxunmaq istəyirəm. Son zamanlarda kimlərsə hakimliyi daim gündəmdə saxlamaq istəyirlər. Bir hakim səhv edən kimi isə Ramin Musayevlə Xaqani Məmmədov tənqid atəşinə tutulurlar. Siz mənə dünyanın bir ölkəsin nümunə göstərin ki, orda belə hal movcuddur? Heç bir ölkədə illik iki toplanışdan başqa hakimlərə həftədə dərs və peşəkar fiziki məşq keçilmir. Ancaq bizdə olur. FİFA və UEFA-nın ən son qaydaları Azərbaycan dilinə tərcümə olunaraq hakimlərə təqdim olunur. Əsas hədəf Xaqani Məmmədovdur. Mən tam əminliklə deyə bilərəm ki, indi Azərbaycan futbolunda nə qərəz var, nə sifariş, nə də rüşvət. Buna başımla cavabdehəm. Bunla məşğul olanlar isə artıq aramızda deyillər.   Bizə irad tuturlar ki, hakimlərin sayı azalıb. Biz 27 nəfəri hakimlikdən uzaqlaşdırmışıq. Əvvəllər kimi hakimlikdən uzaqlaşdırıblar? UEFA-nın qaydalarına əsasən, ölkə çempionatında nə qədər klub varsa, o sayda da baş hakim olmalıdır və iki nəfər də ehtiyat. İndi ortaya iddia atıblar ki, guya Türkiyə Super Liqasını il ərzində 38 hakim idarə edib. Absurd fikirdir, mümkün deyil. Belə şey ola bilməz. Mən bu hakimləri uşaqların oyunlarından seçib çıxartmışam. Söz vermişdim ki, onlar ölkənin ən qabaqcıl hakimlərindən biri olacaqlar. İndi Əliyar Ağayev UEFA-nın ən perespektivli 5 gənc hakimindən biridir. Sifarişlə oyun idarə edilmir, amma muzdla yazı yazılır. Mən demirəm burda elə jurnalist var, amma belələrinə rast gəlinir. Mövsümün əvvəlində idarəçilər sponsora böyük vədlər verirlər. Sonda bunu bacarmayanda neyləsinlər? Hakimləri atırlar ortaya ki, bizi çempion etməkdən məhrum etdilər. Harda hakim səhvi yoxdu ki? Ritsoli Çempionlar Liqasında “Atletiko”yla oyunda elə səhv etdi ki, “Barselona” bununla yarımfinaldan məhrum oldu və elə bir böyük klub milyonlar itirdi.  Bizdə hakim səhv edən kimi Xaqani Məmmədovun adı hallanır. Ritsoli səhv edəndə Kollinanın adın çəkən oldu?! Bəzilərinin qabiiliyyəti çatmır oyunu analiz etməyə. “CBC Sport”da elə jurnalist var ki, futbolçunun 2 metrdən topu boş qapıya vura bilməməsindən danışmır, deyir, görən burda ofsayt yox idi? İndi hakimlikdən şikayət edən insanlar daha əvvəlki oyunlarda onların lehinə verilən hakim qərarlarından niyə danışmırdı? İnsanda gərək vicdan olsun. Vat var idi, Əliyar Ağayevi göylərə qaldırmışdıq. Mənim şəxsi fikrimdir, bu mövsüm Əliyarın işləri yaxşı getmir. Sanki ona nəsə olub. Son oyunlarda nəticəyə təsir edən ciddi səhvlər edib. Çox ağır oyunları idarə edir, səhvlər də qaçılmazıdır. İnsan psixologiyası buna dözmür. Biz düşündük ki, yaxşıların yaxşısı “Neftçi” – “Qəbələ” oyunun idarə etsin. Sanki 74-cü dəqiqədə minalı zonaya düşdü.

- Toplantı başlayandan jurnalistləri ittiham edirsiz, hamıda qərəz axtarırsız...

- Bəli, mən dedim ki, muzdla yazanlar var.

- Əgər varsa, kimdisə deyin, biz də bilək...

- Mən ad çəkmək istəmirəm.

- Demək, yoxdu da, sadəcə siz özünüzü təmizə çıxartmaq üçün bunu uydurursuz...

- Mən yenə deyirəm, ad çəkməyəcəm.

- İndi də dediz ki, Əliyar psixoloji cəhətdən yorulub. Siz düşünmürsüz ki, mövsümün sonuna yaxın Əliyara ağır oyunlar verməklə onun karyerasını sual altına qoyrsuz?

- Haqlı sualdı. Əliyar xaraktercə çox möhkəm oğlandı. Məncə bu hadisələr Əliyarın daha da bərk olmasına zəmin yaradacaq. Hamının karyerasında itirilmiş bir mövsüm olur. Əliyar yeni mövsümdən daha yaxşı hakimlik edəcək. Mən hesab edirəm ki, Azərbaycanda ağır oyun yoxdu. Əliyar oyunun 74-cü dəqiqəsinə kimi görüşü yaxşı idarə edirdi. Sadəcə həmin səhvdən sonra özünü itirdi.

- Düşünmürsüz ki, sizin hakimlərə psixoloq da lazımdı?

- Bəli, mən bununla tazm razıyam. Hətta belə bir adam tapmışdım. Dəyanət Rzayev, yəqin tanıyırsız. İndi də fikrim var ki, onu dəvət edək və ayda iki dəfə hakimlərlə söhbətlər etsin.

İndi hakimlər narazılıq edirlər ki, mətbuat bizi çıx sıxır. Mən onlara başa salıram ki, siz basqı görməmisiz. AMON Qazaxda avtomatı dirəyirdi başımıza ki, duxunuz var, biz udmayaq. Bular belə şeylər görməyiblər axı. İndi onları hər cür mühafizə edirlər.

- Özünüzü müdafiə rolu seçmisiz və təbii ki, bu da normaldır. Siz hakimlərinizin yanında rahat danışa, sözlərinizə fikir verməyə bilərsiz. Amma bizim önümüzdə bu barədə diqqətli olmalısız. İlk növbədə danışanda əlinizi cibinizdən çıxartmalısız. “Anyete özünü axrıncı yola qoyub”, “Rəşad Sadiqov qələt edir, başın daşa döyür” kimi ifadələr işlətmək də sizə yaraşmaz...

 - Rəşad bizim haqqımızda ilk dəfə deyil belə şeylər danıığşır. Mən də dözmürəm.

- Əliyar neçə dəfə cərimələnsə də, I Diviziona getməyib. Yalnız Əliyarı yollamırsız aşağı dəstəyə. Niyə?

- Lazım olanda bütün hakimləri yollayırıq. Əliyar da aşağıdan gəlib, lazım gəlsə gedib hətta uşaqların oyununu da idarə edəcəklər.

 - Sizi azarkeşlər qınayır, hətta söyürlər. Jurnalistlər sizi tənqid edir, klub nümayəndələri narazıdır. Heç düşünmüsüz ki, getmək lazımdı? Yoxsa ikiəlli yapışmısız vəzifənizdən?

- Heç kim heç yerdən ikiəlli yapışmyıb. Biz 2008-ci ildən başladığımız strategiyanı düzgün qiymətləndiririk. Mən hesab edirəm ki, işimin öhdəsindən lazımınca gəlirik. Bu səbəbdən də getmək fikrim yoxdu. Mən çıxıb hakimin yerinə hakimlik edəsi deyilə. Hakim səhv edəndə günahkar onun özüdür. Ritsoli səhv edəndə Kollina onun əvəzinə cavab vermədi. Elə jurnalist var, haqqımda elə şeylər yazır ki... Bircə qalıb məni İŞİD-lə əlaqələndirsinlər.

- Əliyar səhv edirsə burda iki səbəb var. Ya qərəzli edir, ya da gərginliyə tab gətirmir, vəziyyət yaxşı deyil. Siz onu oyunlara təyin edirsiz, o isə ardıcıl 4-cü dəfədir ciddi səhv edir. Sanki Əliyarı bilə-bilə oda atırsız. Bəlkə mövsümün sonuna kimi ona istirahət verəsiz?

- Əliyar özü müraciət etdi ki, ona bir müddət oyun verməyək və özünə gəlsin. Əliyar U-17-lərin çempionatında olacaq. Əliyara cəza veriləcək, cəzası bitdikdən sonra da yəqin ki, bir müddət istirahət edəcək.

- Bayaq bütün hakimlər burdaydı. Siz onları çox sərt tənqid etdiz, bir neçə məsələdə bildirdiz ki, 5 ildir onları öyrədə bilmirsiz. Düşünmürsüz ki, 5 ildə bu qədər hakimə niyəs öyrədə bilmirsizə problem bu qədər hakimdə yox, sizdədir?

- Xeyir. Çünki 5 ildə olan hakimlər gəlirlər gedirlər. Mən bunu deyəndə gəncləri nəzərdə tuturam.

- Ola bilər ki, bir müddət Əliyar Ağayev  “Qəbələ”nin oyunlarını idarə etməsin?

- Yox, ola bilsin, 1-2 ay olmasın, amma idarə edəcək.

Bizə əsas problem təlimatçıların olamasındadır. Burdakı 5 hakim istənilən Hakim İnspektora dərs keçər.

- Keçmiş hakimlərdən kimsə bunu edə bilməz?

- Mən onlara bunu dedim. Dedilər ki, biz niyə Antalyaya getmirik. Mən də bildirdim ki, gəlin, bu hakimlərin qarşısında istənilən mövzuda 45 dəqiqə mühazirə edin, sizi də aparaq. Dedilər ki, gələk, nədən danışaq? Bacarmırlar. Bizim keçmiş hakimlər hakimliyi bitirən kimi biznes və bazar haqda düşünürlər.

- Canlı yayımlanan və ölkənin izlədiyi Premyer Liqada vəziyyət belədirsə, görün, I Divizionda iş nə qədər acınacaqlıdır. Və aşağı dəstədə oyun alveri adi haldır. Ola bilər, nəticələr həm də hakimlərlə danışılsın?

- İlk dəfədir ki, bu mövsüm I Divizionda bütün oyunlar PFL tərəfindən çəkilir. Biz hər tur qabaqcıl hakimlərdən 4-5in yollayırıq ora. Bu dəstənin nüfuzun yüksəltmək üçün diqqət ayırırıq. Bu oyun alverində də nəyisə  sübut etmək çəkin məsələdi. Bizim hakimlərdə elə şey ola bilməz. Mümkün deyil.

- Tahir Süleymanov sizinlə bağlı açıqlama verib. Bildirib ki, siz o vaxt “Neftçi”nin bazasına gedərək onlardan istəmisiz ki, sizi Rövnəq Abdullayevlə görüşdürsün. Bəs Ramin Musayev sizi işləməyə qoymur. Belə bir hadisə olub?

- Burda Tahir Süleymanov müzakirə olunmur. Bu barədə heç nə deməyəcəm.

- Susursuzsa demək olub da...

- ...

- Hakimlərin qış Antalyada toplanışının olmaması bu cür səhvlərin çox olmasına təsir edib?

- Bəli, təsiri var. Bilirsiz necədir. Biri var ki, burda “Şərurspor” – MOİK oyunun idarə edəsən, biri də var orda “Zenit”in hansısa matçın. “Zenit”in bir oyunun idarə edəndə heç bilirsiz nə qədər səhv ortaya çıxır və bizdə onun üzərində çalışırıq? Amma burda “Şərurspor”un oyununda heç bir hakim səhvi görmürük ki, onu da aradan qaldıraq.

- Bayaq dediz ki, keçmiş hakimlərdən heç kim gəlib indiki hakimlər qarşısında 45 dəqiqə mehazirə edə bilmirlər ki, onlara toplanışa aparasız. Tahir Süleymanov bunu etsə onun hakimlərin toplanışında iştirakına mane olamazsız?

- Deyəcəm, yenə deyəcəksiz ki (susur...). Gəlin bu mövzunu qoyaq kənara.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail